MƏDƏNİYYƏT


“Nar bağı” bədii filminin çəkilişlərinə hazırlıqlar gedir

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında İlqar Nəcəfin “Nar bağı” adlı yeni tammetrajlı bədii filminin çəkilişlərinə hazırlıqlar gedir.

Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, dram janrında lentə alınacaq filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf və Roelof Jan Minneboo (Niderland), quruluşçu operatoru Ayhan Salar (Almaniya), quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Akif Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Hazırda filmin aktyor və məkan seçimi aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.