İQTİSADİYYAT
“Nar” mobil rabitə şəbəkəsini genişləndirir
Bakı, 31 may, AZƏRTAC
Abunəçilərini yüksək keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə “Nar” 2G, 3G və 4G (LTE) baza stansiyalarının sayını artırıb. Belə ki, son 3 ay ərzində mobil operator, ümumilikdə, 46 3G və 4G (LTE) yeni baza stansiyasını istismara verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, hazırda 5679 baza stansiyası vasitəsilə abunəçilərə kəsintisiz və yüksək keyfiyyətli mobil rabitə və internet xidməti göstərilir. Mobil operator ilin sonunadək baza stansiyalarının ümumi sayını daha da artırmağı planlaşdırır.
Bundan əlavə, “Nar” operatorunun gücləndirilmiş və genişləndirilmiş 4G (LTE) şəbəkəsinin istifadəçilərinin sayı dinamik şəkildə artmaqda davam edir. Hazırda “Nar” LTE şəbəkəsindən faydalanan istifadəçilərin ümumi sayı 30 mindən çoxdur.