İQTİSADİYYAT
“Nar” rouminq xidməti dünyanın 172 ölkəsində aktivdir
Bakı, 27 oktyabr, AZƏRTAC
“Nar” rouminqdə 4G xidmətindən istifadənin mümkün olduğu ölkələrin sayını artırıb. Belə ki, Almaniya, Belçika, Macarıstan, Rumıniya, Serbiya, Rusiya və Omandan sonra “Nar” istifadəçiləri artıq Albaniya, Çexiya, Gürcüstan, İsrail, Koreya Respublikası, Lüksemburq, Niderland, Yeni Zelandiya, Portuqaliya, Tayvan, Türkiyə, BƏƏ və Böyük Britaniyada da 4G-rouminq xidmətindən yararlana bilirlər. Qeyd edək ki, rouminqdə olarkən 4G xidmətindən istifadəyə görə əlavə ödəniş tətbiq edilmir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, hazırda “Nar” rouminq xidməti dünyanın 172 ölkəsində aktivdir. “Nar” operatorunun rouminq qiymətləri zonalara əsasən müəyyən olunur. Zona daxilində seçilən xarici mobil operatordan asılı olmayaraq, qiymətlər sabitdir. Bundan başqa, “Nar” nömrələrində rouminq xidmətini aktivləşdirmək üçün heç bir depozit balansa ehtiyac yoxdur. Belə ki, “Nar” nömrələrində bu xidmət, bir qayda olaraq, öncədən aktiv statusda olur.
Rouminq xidmətindən istifadə və 4G şəbəkəsi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.