CƏMİYYƏT


Narkoloji Mərkəzin həkimləri fəxri fərmanlarla təltif olunublar

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Respublika Narkoloji Mərkəzin yaradılmasının 30 illiyi qeyd olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2011-ci ildə yaradılmış Respublika Narkoloji Mərkəzi əhaliyə ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərən müalicə-profilaktika müəssisəsidir.

Mərkəzin 30 illik yubileyi münasibəti ilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb. Əmrə əsasən, səhiyyə sistemində uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə görə mərkəzin həkim-narkoloqları Etibar Kazımov və Səfiyar İsayev Səhiyyə Nazirliyinin fəxri fərmanı ilə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.