CƏMİYYƏT


Narkomaniya ilə mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazası tamamilə təkmilləşib

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) Təhsil Nazirliyinin təşkilatçılığı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə “Narkomaniya hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin” adlı maarifləndirmə tədbiri keçirilib.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova ali təhsil müəssisələrində belə tədbirlərin mütəmadi keçirilməsini gənclərin sağlam cəmiyyətə inteqrasiyasında mühüm addım kimi dəyərləndirib.

Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Vasif Quliyev təmsil etdiyi qurumun yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. Narkomaniya ilə mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazasının tamamilə təkmilləşdirildiyini deyən V.Quliyev Dövlət Komissiyası tərəfindən bu istiqamətdə görülən işlərdən danışıb.

Digər çıxış edənlər narkomaniya ilə bağlı xəstəliklər və narkotiklə mübarizənin yolları barədə məlumat veriblər. Narkomaniyanın cəmiyyətdə törətdiyi bəlalardan söz açan natiqlər, onun insan orqanizmində yaratdığı fəsadlar, fiziki və psixi asılılıq barədə iştirakçıları məlumatlandırıblar.

Sonra narkomaniya ilə bağlı slayd nümayiş olunub, gənclərə narkotik əleyhinə mübarizə aparmaqdan bəhs edən broşürlər paylanılıb.

Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.