CƏMİYYƏT


“Narkomaniyaya birlikdə yox deyək!” şüarı  elektron informasiya tablolarında

Bakı, 24 iyun, AZƏRTAC

26 iyun - Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü ilə əlaqədar əhalinin maarifləndirilməsi üçün silsilə tədbirlərin təşkili nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, tədbirlər Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstərişinə əsasən keçiriləcək.

Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən ictimai maarifləndirmə tədbirlərinin davamı olaraq “Narkomaniyaya birlikdə yox deyək!” şüarı iyunun 23-dən etibarən dörd gün müddətində Bakı şəhərində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron informasiya tablolarında nümayiş olunur.

Məqsəd narkomaniyanın doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə məlumat verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.