CƏMİYYƏT
Narkotik maddələrin qanunsuz satışına və dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilir
Bakı, 1 iyul, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Ağcabədi rayon sakini Qabil Məmmədovdan 1 kiloqram 436,18 qram marixuana götürülüb.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Xırdapay kənd sakini Xaləddin Qasımovdan 9,8 qram marixuana götürülüb. Ona məxsus “VAZ-21099” markalı avtomobilə baxış zamanı isə əlavə olaraq 480 qram marixuana aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.