CƏMİYYƏT


Narkotik vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 22 iyun, AZƏRTAC

Narkotik vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı zərurət yarandığı üçün sözügedən vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında narkotik vasitələr - 2 ədəd bükümdə ümumi xalis çəkisi 57,2 qram olan heroin, 1 bükümdə xalis çəkisi 6,0 qram olan tiryək, 1 bükümdə xalis çəkisi 1,981 qram olan həşiş qətranı, eləcə də 4 ədəd metadon adlı həb aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.