CƏMİYYƏT


Narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 20 iyun, AZƏRTAC

Narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın şalvarının cibindəki siqaret qutusunda, eləcə də tibbi müayinə nəticəsində onun daxili orqanında (düz bağırsağında) narkotik vasitələr - ümumi xalis çəkisi 101,286 qram olan tiryək və xalis çəkisi 1,235 qram olan heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.