CƏMİYYƏT
Narkotiklərin zərərlərinə dair yeni sosial çarx nümayiş olunur
Bakı, 6 iyun, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu tərəfindən “Ən doğru seçim-narkotiklərdən heç bir halda istifadə etməməkdir!” adlı yeni sosial çarxın “Metropark” ticarət və əyləncə mərkəzinin bütün monitorlarında nümayişinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, çarxın hazırlanmasında tanınmış incəsənət ustaları yaxından iştirak ediblər.
Sosial çarx narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə yaradılıb.
Çarxda narkotiklərdən istifadə nəticəsində insan orqanizmində tədricən baş verən dəyişikliklər və sonda onun məhvedici təsiri aydın təsvir olunub.
Videoçarx “Ən doğru seçim-narkotiklərdən heç bir halda istifadə etməməkdir” xəbərdaredici məlumat və şüar ilə yekunlaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]