CƏMİYYƏT
Narkotiklərlə mübarizəyə həsr olunmuş tədbir keçirilib
Bakı, 23 iyun, AZƏRTAC
Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında 26 iyun - BMT-nin “Narkotiklərlə Mübarizə Günü’’nə həsr olunmuş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən bildiriblər.
Tədbirdə rayon icra hakimiyyətinın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Natiq Zülfüqarov, Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Ruhi-Əsəb Xəstəxanasının həkim-narkoloqu Vüqar Yusifov, Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin sədri Elmira Məlikova, Bakıxanov qəsəbəsindəki “İmam Rza” məscidinin axundu Əmirxan Tahirov, rayon mərkəzi kitabxana sisteminin müdiri Nəcibə Hüseynova, "Asudə vaxt" mərkəzinin direktoru Mehriban Bayramova və başqaları çıxış edərək narkomaniya aludəsi olanların öz həyatlarını məhv etməklə yanaşı cəmiyyət üçün real təhlükə mənbəyi, ümumbəşəri bəlanın mənəviyyatımıza, milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə zidd olduğu, böyüməkdə olan gənc nəslə zərərli təsiri və onunla mübarizə yolları barədə danışıblar.
Tədbirin sonunda iştirakçılar narkomaniya bəlalarından bəhs edən videoçarxı izləyiblər.