SİYASƏT


Nasir Əbdülkərim Əbdürrəhman: Azərbaycan dünyaya tolerantlıq və inklüzivliyin mükəmməl modelini təqdim edir VİDEO

Bakı, 15 mart, Ceyhun Alışlı, AZƏRTAC

Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi münasibətilə Azərbaycan xalqını və hökumətini təbrik etmək istəyirəm. Bu Sərəncam və Bakıda keçirilən “İslam həmrəyliyi - zamanın çağırışı” mövzusundakı beynəlxalq konfrans İslam həmrəyliyinin nə qədər vacib olduğunu bir daha sübut edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Fələstinin ölkəmizdəki səfiri Nasir Əbdülkərim Əbdürrəhman deyib.

Səfir vurğulayıb ki, konfransın başlıca əhəmiyyətindən biri burada yalnız İslam dininin nümayəndələrinin deyil, eyni zamanda, digər dinlərin təmsilçilərinin iştirakıdır. Ölkəmizin İslam dünyasının ayrılmaz hissəsi olduğunu deyən diplomat belə bir tədbirin Bakıda baş tutmasının önəmini bir daha qeyd edib.

N.Ə.Əbdürrəhman əlavə edib ki, bu gün Azərbaycan dünyaya tolerantlıq və inklüzivliyin mükəmməl modelini təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.