DÜNYA


Nasist liderlərin tapançaları ABŞ-da hərraca çıxarılıb

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

ABŞ-ın “Rock Island Auction” hərracında nasist liderlər - Henrix Himler və Herman Herinqin tapançaları satışa çıxarılıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hərracın təşkilatçıları Himlerin tapançasının satışından 250-400 min dollar, Herinqin tapançasının satışından isə 75-110 min dollar qazanmağı planlaşdırırlar.

“Ruptly” video agentliyinin saytında yerləşdirilən məlumata əsasən, Herinqin “Walther PP” markalı tapançası 1939-cu ildə hazırlanıb. Qızılla örtülən silahın korpusunda sahibinin inisialları həkk olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.