MƏDƏNİYYƏT


“National Geographic” jurnalında Azərbaycanın Kiş kəndi barədə məqalə dərc edilib

Buxarest, 13 yanvar, AZƏRTAC

Rumıniyada nəşr olunan nüfuzlu “National Geographic” jurnalında Paul Salopekin “Vikinqlər qayalı Qafqazdanmı yayılıblar?” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə müəllif Şəkinin Kiş kəndinə ziyarət etdiyini, burada xristian kilsəsini və Tur Heyerdalın büstünü gördüyünü bildirir. Ölkəmizin qədim tarixinə toxunan P.Salopek vikinqlərin dünyaya məhz Azərbaycandan yayılması məsələsini araşdırır. Bu məqsədlə o, yerli bələdçilər, arxeoloqlarla söhbət aparır, Tur Heyerdalın yazılarına müraciət edir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.