İQTİSADİYYAT


Natiq Əliyev: 2020-ci ildə Azərbaycanın qaz hasilatı 44,5 milyard kubmetrə çatacaq

Bakı, 1 iyun, Nihad Budaqov, AZƏRTAC

2020-ci ildə Azərbaycanın təbii qaz hasilatı illik 44,5 milyard kubmetrə çatacaq.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 1-də Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz 2017” beynəlxalq konfransında energetika naziri Natiq Əliyev deyib.

"2020-ci ildə SOCAR üzrə təbii qaz hasilatı illik 6,4 milyard kubmetr təşkil edəcək. "Şahdəniz"dən qaz hasilatı ildə 26,1 milyard kubmetr, "Azəri-Çıraq-Günəşli" üzrə isə 12 milyard kubmetr olacaq", - deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.