İQTİSADİYYAT


Natiq Əliyev: Əlcəzair razılaşmalarının təsdiq edilib-edilməyəcəyi İrandan və İraqdan asılıdır

A+ A

Bakı, 29 oktyabr, AZƏRTAC

Oktyabrın 28-29-da Vyanada Əlcəzair razılaşmalarının reallaşdırılması üzrə OPEC-in xüsusi komitəsinin iclası keçirilir.

Azərbaycanın Energetika naziri Natiq Əliyev bu gün jurnalistlərə bildirib ki, OPEC üzvü olan və bu qurumun üzvü olmayan ölkələrin ekspertlərinin görüşünün nəticələrinə dair Əlcəzair qərarları əsasında “Yol xəritəsi”nin qəbul edilib-edilməyəcəyi hasilatın azaldılmasına əvvəlcə etiraz edən İraqın və İranın tutacağı mövqedən asılıdır.

AZƏRTAC RİA-Novosti agentliyinə istinadla bildirir ki, N.Əliyev deyib: “Hər şey OPEC üzvü olan ölkələrin, ilk növbədə İran və İraq kimi dövlətlərin mövqeyindən asılı olacaq”.

Nazirin fikrincə, “hətta OPEC üzvü olan ölkələrin əksəriyyəti müəyyən dərəcədə mövcud əhvali-ruhiyyənin təsiri altında olsalar da, neft hasil edən bütün ölkələrin bazarda qiymətlərin tezliklə sabitləşəcəyinə və qiymətlərin artması meylinə ümid etsələr də, İran və İraq kimi ölkələr özləri bu gün neft hasilatını artırmaqda, onların OPEC-də həmişə tutduqları mövqelərə qayıtmaqda daha çox maraqlıdırlar”.

Nazir daha sonra deyib: “Buna görə də ilin sonuna qədər baş verə biləcək hadisələr nəzərə alınmaqla bu gün onların mövqeyini öyrənmək bizim üçün çox vacibdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.