Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Natiq Əliyev: Neft hasilatının azaldılması ilə bağlı sazişin müddəti uzadılarsa Azərbaycan da buna qoşulacaq

Natiq Əliyev: Neft hasilatının azaldılması ilə bağlı sazişin müddəti uzadılarsa Azərbaycan da buna qoşulacaq

Bakı, 27 fevral, Nihad Budaqov, AZƏRTAC 

Əgər Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin 2016-cı il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi sazişin müddəti uzadılarsa Azərbaycan da buna qoşulacaq.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

“2014-cü ildən başlayaraq neftin qiyməti kəskin surətdə aşağı düşürdü. Bu da neft hasil edən ölkələri, o cümlədən də Azərbaycanı narahat edirdi. Çünki bu proses “qara qızıl”ı istehsal edən ölkələrə təsirsiz ötüşmürdü. İlk illərdə OPEC bu proseslərə, yəni neftin qiymətinin kəskin ucuzlaşmasına elə də reaksiya göstərmirdi. Belə ki, neftin qiyməti birdən-birə 147 dollar/barreldən 30 dollar/berrelə ucuzlaşmışdı. OPEC istəsə idi neftin qiymətinin bahalaşmasını nəzərdə tutan və indi atdığı bu addımları, gördüyü tədbirləri elə o vaxt edərdi. Belə olan halda neftin qiyməti bu qədər aşağı düşməzdi. Lakin bunun heç bir iqtisadi əsası yox idi. Hər kəs görürdü ki, ümumiyyətlə bu hansısa bir plan və proqram idi. Bununla da bəzi ölkələr belə bir şərait yaradırdılar ki, neftin qiyməti aşağı düşsün. OPEC istəsə idi, bunun qarşısını vaxtında ala bilərdi. Ancaq bir neçə il keçdi və vəziyyət o yerə gəldi ki, bu proses OPEC-in özünün də xeyrinə olmadı. Neftin aşağı qiyməti kartelə üzv ölkələrin iqtisadiyyatına da böyük bir zərbə oldu. İlk addım olaraq Əlcəzair bizimlə görüşə neft hasilatını 5 faiz azaltmaqla bağlı təkliflə gəlmişdi. Biz o vaxt da bəyan etdik ki, əgər OPEC ölkələri razı olsalar bu təşəbbüsə Azərbaycan da qoşular. Venesuelanın Prezidenti də bir neçə təkliflər irəli sürmüşdü. Lakin son vaxtlar neftin qiymətinin tənzimləməsinə OPEC özü maraq göstərdi. Nəticədə isə belə bir qərara gəlindi ki, neft hasilatını müəyyən səviyyədə azaltmaq lazımdır. Azərbaycan da bu təşəbbüsə qoşuldu”, - deyə nazir bildirib.

Natiq Əliyev qeyd edib ki, bu gün Azərbaycanın neft hasilatı azaltmaqda öz səbəbləri və imkanları var. Bu, çox vacib səbəblərdir. Azərbaycanın bugünkü siyasəti OPEC-in siyasəti ilə üst-üstə düşür və ona uyğun gəlir: “Ona görə də, biz onların qərarlarını dəstəkləyirik. Lakin hər bir əməkdaşlıq ilk növbədə iqtisadi əsaslara söykənir. Əlbəttə ki, bu əməkdaşlıqda bizim də iqtisadi maraqlarımız var. Əgər bu qərarlar və əməkdaşlıq bizim maraqlara uyğun gəlirsə onları dəstəkləyirik. Hazırda Azərbaycan OPEC ilə yaxşı münasibətlər qurub. Azərbaycan OPEC-in işində, fəaliyyətində iştirak etməkdə və qarşılıqlı fikir mübadiləsi aparmaqda maraqlıdır”.

“Artıq OPEC üzrə Monitorinq Komitəsi yaradılıb və ilk iclası keçirilib. Çox müsbət rəylər verilib və bildirilib ki, bu razılaşmanın neftin qiymətinə təsiri var. Biz görürük ki, ilin əvvəlindən indiyədək neftin qiymətində əvvəllər olduğu kimi, kəskin dəyişmələr olmayıb. Neftin qiyməti yanvarın 1-dən bu günədək demək olar ki, təxminən 2-3 dollar/barrel arasında dəyişib. Qiymət 60 dollar/barreli ötməsə də, çox yaxşı haldır ki, 50 dollar/barreldən də aşağı düşməyib. Hesab edirəm ki, qiymətlərdəki stabillik daha gözəl faktordur, nəinki tez-tez bahalaşması və ya aşağı düşməsi. Bu gün OPEC və digər hasilatçı ölkələr neftin hazırki qiymətlərindən razıdırlar. Əgər işçi qrup belə bir qərara gəlsə ki, qiymətləri daha da artırmaq üçün əlavə tədbirlər görmək lazımdır, yaxud da ki, OPEC və qeyri-OPEC ölkələri neftin qiyməti üçün ən optimal variant kimi hər hansı bir qiyməti nəzərdə tutsalar, məsələn 65 dollar/barrel, o zaman müəyyən tədbirlər görülməli və təkliflər müzakirə olunmalıdır”, - deyə N.Əliyev qeyd edib.

Nazir bildirib ki, mayda neftin qiymətinin vəziyyəti ilə bağlı OPEC və qeyri-OPEC ölkələri arasında iclas keçiriləcək. İclasda həmin ölkələr tərəfindən yarım illiyin nəticələri, bazardakı vəziyyət, tələbat və təklif müzakirə ediləcək. Bundan sonra isə ya ötən ilin noyabrında qəbul olunan qərar davam etdiriləcək, ya da ki, əlavə tədbirlər görüləcək: “Azərbaycan mütəmadi formada Monitorinq Komitəsi ilə razılaşdığı mexanizmə uyğun olaraq, hər ay öz hasilat göstəricilərini onlara göndərir. Əgər hasilatın azaldılması ilə bağlı sazişin müddəti uzadılarsa Azərbaycan da buna qoşulacaq.

“Yanvar ayı ərzində Azərbaycanda gündəlik neft hasilatı 793,9 min barrel olub. Bu həcmin əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunub. Azərbaycan neft hasilatını yanvarda sutkada 35 min barrel azalmaq üzrə öhdəliyi yerinə yetirib. Bu öhdəlikdə çox cüzi hissəsini SOCAR-ın nefti təşkil edib. Əsas həcm isə konsorsium nefti olub”, - deyə nazir əlavə edib.

Xatırladaq ki, OPEC bu il yanvarın 1-dən gündəlik hasilatı 1,2 milyon barrel – 32,5 milyon barrelə qədər azaltmaq barədə razılıq əldə edib. OPEC üzvü olmayan ölkələr isə gündəlik hasilatı ümumən 558 min barrel, o cümlədən Azərbaycan 35 min barrel azaltmaq barədə razılığa gəliblər. Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi yanvar ayında tam yerinə yetirib. Bu razılıqlar 2017-ci ilin birinci yarısını nəzərdə tutur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub VİDEO

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam