İDMAN


Navini Çoudri: Bakı Şahmat Olimpiadasında iştirak etdiyim üçün çox xoşbəxtəm

A+ A

Bakı, 4 sentyabr, AZƏRTAC

Bakı təsəvvür etdiyimdən də gözəl şəhərdir. Burada olduğum və Şahmat Olimpiadasında çıxış etdiyim üçün çox xoşbəxtəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasının ən gənc iştirakçısı, Tanzaniyanın qadınlardan ibarət yığmasının üzvü 9 yaşlı Navini Çoudri Alapati deyib.

İlk partiyalarda məğlub olmasına baxmayaraq, şahmatçı belə mötəbər yarışda iştirakından məmnun olduğunu bildirib: “İlk dəfədir olimpiadada iştirak edirəm. Bu, yarışdığım ən mötəbər turnirdir. Tanzaniyanın qadınlardan ibarət komandası da ilk dəfədir Şahmat Olimpiadasında gücünü sınayır. Xüsusi qeyd etmək istərdim ki, yarış yüksək səviyyədə təşkil olunub”.

Beş yaşından şahmatla məşğul olan Navini Çoudri Alapati Bakı ilə bağlı təəssüratlarını bölüşərkən bunları deyib: “Bakı çox gözəl şəhərdir. Xəzər dənizi isə bu gözəlliyi daha da artırır. Paytaxtınıza yenidən gəlmək və görmədiyim məkanlarda olmaq istərdim. Azərbaycanın çox güclü şahmatçıları var və ölkələrini həmişə layiqincə təmsil edirlər. Onlar xoşbəxtdirlər ki, belə gözəl məkanda yaşayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.