REGİONLAR
Naxçıvan: Əlahiddə Ümumqoşun Ordusunun əsgərləri and içiblər
Naxçıvan, 14 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunda oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər hərbi andı qəbul ediblər.
AZƏRTAC xəbər verir ki, hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirildikdən sonra andiçmə mərasiminə hazırlıqla bağlı məruzə olunub.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər komandirlərinin və valideynlərinin şahidliyi ilə təntənəli surətdə and içiblər.
Əsgərlər hərbi andı qəbul etdikdən sonra Əlahiddə Ümumqoşun Ordu Komandanının təbriki şəxsi heyətə çatdırılıb. Təbrik oxunduqdan sonra çıxış edən zabitlər və əsgər valideynləri Silahlı Qüvvələrimizin gücü və döyüş imkanları barədə söz açıb, hərbi andı qəbul edən əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.
Sonra şəxsi heyətin təntənəli keçidi olub.