Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti aqrar sahənin inkişafında mühüm rol oynayır

Naxçıvan, 25 may, AZƏRTAC

Kənd təsərrüfatının inkişaf etdirilməsi müasir dövrdə bütün ölkələr üçün prioritet sahələrdən sayılır. Bu sahənin inkişafı ərzaq məhsulları ilə etibarlı təminata zəmin yaradaraq strateji önəm kəsb edir.

Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının aqrar ənənələr üzərində hərtərəfli inkişafı tarixən bizə məlumdur. Buna görə də həmin ənənələrin bu gün mütərəqqi ideya və vasitələrlə davam etdirilməsi müasir Naxçıvan üçün həlli vacib məsələlərdəndir. Təbii ki, ötən müddət ərzində muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə hərtərəfli dövlət qayğısının göstərilməsi kənd təsərrüfatı məhsullarının həcminin artmasına imkan yaradıb. Ancaq 2015-ci ilin ölkəmizdə, eləcə də muxtar respublikada “Kənd təsərrüfatı ili” elan olunması bu sahənin vacibliyini bir daha ortaya qoyur.

AZƏRTAC xəbər verir ki, cari ilin aprel ayının 6-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili”ndə qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “2015-ci il ölkəmizdə, eləcə də muxtar respublikada “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Ona görə də bu il kənd təsərrüfatının inkişafına diqqət daha da artırılacaq, bu sahədə ciddi dönüşə nail olunacaqdır. Hazırda ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Əvvəllər kənd təsərrüfatı texnikaları torpaq mülkiyyətçilərinə və fermerlərə 10 il müddətinə lizinqə verilir, mineral gübrələr isə 50 faiz güzəştlə satılırdı. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə imzaladığı 2014-cü il 16 aprel tarixli Fərmanına əsasən, kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi, eləcə də mineral gübrələrin 70 faiz güzəştlə satışının həyata keçirilməsi qərara alınmışdır. Qəbul edilən bu qərarlar yerlərdə aqrolizinq xidmətləri tərəfindən həyata keçirilir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ilin yanvar ayından fəaliyyət göstərir. Ötən dövrdə cəmiyyətin muxtar respublikanın rayonlarında bazaları yaradılaraq lazımi texnika və avadanlıqlarla təchiz olunmuş, kollektiv üzərinə düşən vəzifələri yerinə yetirmişdir”.

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikada kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Yuxarıda qeyd edildiyi kimi, cəmiyyət 2005-ci ildən fəaliyyət göstərir. Bu qurumun əsas vəzifəsi regionda kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılmasını, fermerlərə güzəştli şərtlərlə texnika və avadanlıqların lizinq yolu ilə verilməsini, habelə mineral gübrələrin, damazlıq mal-qaranın, məhsuldar toxum sortlarının alınaraq uyğun qiymətlərlə sahibkarlara satışını təşkil etməkdən ibarətdir. Ötən müddətdə bu sahədə mühüm irəliləyişlərə nail olunub, fermerlər göstərilən dövlət qayğısından yararlana biliblər. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin ötən 10 il ərzində fəaliyyətinə nəzər salsaq görərik ki, əgər 2006-cı ildə muxtar respublikaya 82 ədəd kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqları gətirilmişdirsə, 2007-ci ildə gətirilən texnikaların sayı 180 ədəd təşkil edib və hər il onların sayı artırılaraq 2015-ci ildə, ümumilikdə, 1595 ədədə çatdırılıb. Bu texnika və texnoloji avadanlıqların ardıcıl olaraq hər il fermerlərə güzəştli şərtlərlə satışı təşkil edilib, onlardan 1177 ədədi lizinq yolu ilə, 85 ədədi isə nağd və köçürmə yolu ilə hüquqi və fiziki şəxslərə satılıb.

Ötən dövrdə cəmiyyətin rayon bazaları da yaradılıb və bu bazalarda inzibati binalar, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilib, maddi-texniki baza gücləndirilib, gətirilən texnika və texnoloji avadanlıqların əkin sahələrinə uyğun bölgüsü aparılıb. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, indiyədək gətirilən kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlardan 36 ədədi Şərur bazasına, 31 ədədi Babək bazasına, 27 ədədi Culfa bazasına, 17 ədədi Kəngərli bazasına, hər birinə 12 ədəd olmaqla Sədərək və Ordubad bazalarına, 14 ədədi isə Şahbuz bazasına verilib. Beləliklə, ümumilikdə, rayon bazalarına 149 ədəd texnika və texnoloji avadanlıqlar göndərilib. Qeyd edək ki, lizinq yolu ilə satılan texnikaların ehtiyat hissələrinin alınması da cəmiyyət tərəfindən diqqət mərkəzində saxlanılır. Hazırda ehtiyat hissələri anbarlarında müxtəlif kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri vardır. Məhz torpaq mülkiyyətçilərinin əlindən tutan bu cür müasir texnika və avadanlıqlar əkin sahələrində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan verir.

Torpaq mülkiyyətçilərinə mühüm dəstəklərdən biri də əkin sahələrinin mineral gübrələrə olan ehtiyacının ödənilməsidir. Artıq ötən ildən başlayaraq dövlətimizin başçısının fərmanı ilə mineral gübrələrin fermerlərə 70 faiz güzəştlə satışı təmin olunub. Muxtar respublikada da əkinçiliklə məşğul olan torpaq mülkiyyətçiləri bu imkanlardan lazımınca yararlana bilirlər.

Qeyd edək ki, 2015-ci ilin aprel ayınadək “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin gübrə anbarlarına 6 min 100 tona yaxın azot gübrəsi tədarük olunub. Yaradılan şərait muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsinə, meliorativ tədbirlərin həcminin genişləndirilməsinə, yeni fermer təsərrüfatlarının və kənd təsərrüfatı təmayüllü istehsal müəssisələrinin yaradılmasına imkan verir.

Muxtar respublikada heyvandarlığın inkişaf etdirilməsi yönündə atılan addımlar heyvandarlıq məhsullarının ildən-ilə artırılmasına şərait yaradır. Xüsusilə xarici ölkələrdən cins mal-qaranın alınıb gətirilərək güzəştli şərtlərlə sahibkarlara satılması bu sahənin inkişaf etdirilməsini stimullaşdırır. Məlumat üçün deyək ki, cəmiyyət tərəfindən 2009-2015-ci illərdə 1810 baş damazlıq cins mal-qara gətirilib və fermerlərə uyğun şərtlərlə satılıb. Həyata keçirilən bu tədbirlər iribuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayıb ki, bu da ət və süd istehsalının ilbəil artmasına öz təsirini göstərib.

Əhalisinin 70 faizdən çoxunun kəndlərdə məskunlaşdığı Naxçıvan Muxtar Respublikası zəngin kənd təsərrüfatı ənənələrinə malikdir. Bu ənənələri uğurla və mütərəqqi vasitələrlə davam etdirmək üçün bu gün münbit şərait mövcuddur. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fermerlərə dəstəyi isə aqrar sahədə mühüm nəticələr əldə etməyə yeni imkanlar açır. İnanırıq ki, fermerlərimiz bu imkanlardan səmərəli istifadə edərək, “Kənd təsərrüfatı ili”nin üstünlüklərindən yararlana biləcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb