REGİONLAR


Naxçıvan Avtomobil Zavodu məhsullarının xarici ölkələrə ixracının genişləndirilməsi istiqamətində iş aparır VİDEO

Naxçıvan, 19 aprel, AZƏRTAC

Ölkəmizdə fəaliyyət göstərən bəzi informasiya saytları Naxçıvan Avtomobil Zavodunda istehsalın dayandırılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “NAZ-Lifan” avtomobillərinin istehsalının dayandırılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır. Belə ki, cari ilin ötən dövründə Naxçıvan Avtomobil Zavodunun istehsal sahəsində yenidənqurma işləri aparılıb, bu səbəbdən də istehsal prosesində planlaşdırılmış fasilə yaranıb. 2017-ci ilin birinci rübündə müəssisə tərəfindən “NAZ-Lifan 820” və “Naz-Lifan 620” modellərinin satışı həyata keçirilib.

Əgər zavodda 2010-cu ildə 4 modeldə avtomobil istehsal olunurdusa, hazırda 15 modeldə “NAZ-Lifan” avtomobili istehsal edilir. Müəssisə tərəfindən avtomobillərin xarici ölkələrə ixracının genişləndirilməsi istiqamətində də iş aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.