REGİONLAR


Naxçıvan Beynəlxalq Hava Limanı payız-qış mövsümünə tam hazırdır VİDEO

A+ A

Naxçıvan, 2 noyabr, AZƏRTAC 

Naxçıvan Beynəlxalq Hava Limanında payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər daim diqqətdə saxlanılır.

Naxçıvan Beynəlxalq Hava Limanından AZƏRTAC-a bildirilib ki, mövsümlə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində, xüsusilə qış fəslində uçuş-enmə zolağının və perronun qardan, buzdan təmizlənməsi üçün istifadə olunacaq avtomobillər hazır vəziyyətə gətirilib.

Bundan əlavə, işıq-siqnal sisteminin yararlılığının və bütün güc kabellərinin izolyasiyasının, qazanxana bölümündə istilik qazanlarının yoxlanması, ehtiyat hissələrinin yeniləri ilə əvəz olunması, dizel generatorlarına, transformatorlara, elektrik verilişi xətlərinə xidmət göstərilməsi işi yekunlaşdırılıb. Hava limanının mövsümün hadisəsiz başa vurulmasına cavabdeh xidmətlərinin maddi-texniki bazası möhkəmləndirilib, işçi heyətlə nəzəri və praktik məşğələlər aparılıb. Sərnişinlərin qış aylarında rahatlığının təmin olunması məqsədilə aerovağzal kompleksində də profilaktik tədbirlər həyata keçirilib.

Yaradılan şərait və mövsümlə əlaqədar həyata keçirilən tədbirlər qış mövsümündə sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verəcək.

Qeyd edək ki, aerovağzal binasından istifadə edən sərnişinlərin sayını saatda 600 nəfərə çatdıran Naxçıvan Beynəlxalq Hava Limanı eyni vaxtda bir neçə təyyarəni, o cümlədən tranzit təyyarələri qəbul edib, yolasalma imkanına malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.