REGİONLAR


Naxçıvan Dövlət Musiqili Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb

A+ A

Naxçıvan, 2 sentyabr, AZƏRTAC

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı Elçinin “Arılar arasında” dramı əsasında hazırlanan yeni tamaşanın məşqlərinə start verilib.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq Artisti Kamran Quliyev, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu Əhmədov, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əbülfəz Axundovdur.

Əsərdə özünü həmişə haqlı sayan gəncliklə onunla barışmayan təcrübəli yaşlı nəslin nümayəndələri arasında yaranan problemlər öz əksini tapıb. “Arılar arasında” dramında bu problemin səbəbləri izah edilir və tərəflərin haqlı olduqları məqamlar göstərilir.

Rolları Azərbaycan Respublikasının Xalq Artisti Həsən Ağasoy, Azərbaycan Respublikasının Əməkdar Artisti Əbülfəz İmanov, aktrisalardan Zülfiyyə Zeynalova, Zəminə Baxşəliyeva, Nurbəniz Niftəliyeva, aktyorlardan Səyyad Məmmədov və Anar Eyvazov ifa edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.