Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni tədris kompleksi istifadəyə verilib

Naxçıvan, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Naxçıvan Dövlət Texniki Kollecinin yeni tədris kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə kollecin müəllim və tələbələrini təbrik edərək deyib: Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyası bu gün ölkəmizdə məzmunca yeni mərhələyə yüksəlib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən ardıcıl islahatlar nəticəsində təhsil müəssisələrində güclü maddi-texniki baza formalaşdırılmış, gənclərin təhsil alması üçün geniş imkanlar yaradılmışdır. Muxtar respublikamızda da gənclərin hərtərəfli təhsilə yiyələnmələrinə və əsl mütəxəssis kimi yetişməsinə xüsusi diqqət yetirilir. Bu işdə orta ixtisas məktəblərinin də imkanlarından geniş istifadə olunur. Son illər təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlər orta ixtisas məktəblərini də əhatə etmiş, bu təhsil ocaqlarının maddi-texniki bazaları gücləndirilmişdir. Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni kompleksin istifadəyə verilməsi də bu sahədə aparılan işlərin davamıdır.

Ali Məclisin Sədri deyib: İyirmi birinci əsr texnologiya əsridir. Texniki yeniliklər olmadan hər hansı bir sahənin inkişafını təsəvvür etmək mümkün deyil. Bu da özlüyündə texniki sahələr üzrə ixtisaslı kadrların hazırlanmasını zərurətə çevirir. Təcrübə göstərir ki, texniki təhsil bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla yanaşı, həm də iqtisadi inkişafın təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Bu gün muxtar respublikanın sosial-iqtisadi inkişafı və bunun nəticəsi olaraq açılan yeni iş yerləri ixtisaslı kadrlara olan tələbatı artırmışdır. Bu amillər, eləcə də texniki fənlərə artan maraq nəzərə alınaraq Şərur rayonunda Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmış, ali və orta ixtisas təhsili müəssisələrində yeni texniki ixtisaslar açılmışdır. Bundan sonra da muxtar respublikada texniki təhsilin məzmunu müasir tələblər baxımından yeniləşdirilməli, ixtisaslaşma aparılmalı, kadr hazırlığı əmək bazarının tələblərinə uyğun qurulmalıdır.

Qeyd olunub ki, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində, o cümlədən Naxçıvan Dövlət Texniki Kollecində kadr hazırlığı aparılan ixtisaslar 2015-ci ildən etibarən aid təşkilatlara hamiliyə verilib. Məqsəd kadr hazırlığında hami təşkilatların bazasından və mövcud imkanlarından səmərəli istifadə etməkdir. Buna görə də Təhsil Nazirliyi hami təşkilatlarla birlikdə Texniki Kollecin tələbələrinin təcrübə keçmələrini və onların işlə təminatını diqqətdə saxlamalıdır. Naxçıvan Dövlət Texniki Kollecində yaradılan yeni infrastruktur və maddi texniki bazadan, informasiya texnologiyalarından səmərəli istifadə olunmalı, texniki təhsilin məzmunu daha da təkmilləşdirilməlidir. Tədris prosesində təcrübi məşğələlərə, yeni təlim üsullarına üstünlük verilməlidir. Tədris proqramına uyğun elektron dərs vəsaitləri hazırlanmalı, pedaqoji heyətin səviyyəsi yüksəldilməli, müəllimlər yeni təlim üsullarını mənimsəməli, məsuliyyətlə və tələbkarlıqla çalışmalıdırlar. Tələbələr onlar üçün yaradılan şəraitdən düzgün istifadə etməli, hərtərəfli təhsil almalı, biliklərə dərindən yiyələnməli, mütəxəssis kimi yetişməlidirlər.

Ümummilli liderimiz Heydər Əliyevin “Cəmiyyətdə layiqli yer tutmaq üçün, ölkəyə, Vətənə, millətə faydalı olmaq üçün bütün imkanlardan istifadə edib yüksək təhsil almaq lazımdır”, - fikrini diqqətə çatdıran Ali Məclisin Sədri bu vəzifələrin yerinə yetirilməsində kollektivə uğurlar arzulayıb, bir daha yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək deyib ki, 2016-cı ilin ötən dövründə muxtar respublikada 8 tam orta məktəb binası və bir peşə məktəbi istifadəyə verilib. Hazırda Naxçıvan şəhər Peşə Liseyi, eyni zamanda 10 ümumtəhsil məktəbi üçün binaların tikintisi və əsaslı şəkildə yenidənqurulması davam etdirilir. Naxçıvan Dövlət Texniki Kolleci üçün binanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Məmməd Qəribov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq edib.

Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi Aytən İmanova deyib ki, muxtar respublikada digər sahələr kimi təhsil də sürətlə inkişaf edir, yeni təhsil ocaqları tikilib istifadəyə verilir. Təhsilin bütün pillələri arasında əlaqələr gücləndirilib, qabaqcıl təcrübənin mənimsənilməsi və yüksək intellektli kadrların hazırlanması üçün mühüm stimul yaradılıb. Təhsil işçilərinə göstərilən diqqət və qayğı pedaqoji kollektivləri daha yaxşı işləməyə sövq edir, üzərimizə böyük məsuliyyət qoyur. Bütün bunların müqabilində pedaqoji kollektiv gənc nəslin təlim-tərbiyəsində, peşəkar və vətənpərvər kadrların yetişdirilməsində səylə çalışacaqdır.

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, kollecin binası 5 mərtəbədən ibarətdir. Binada 14-ü elektron lövhəli olmaqla 26 auditoriya, kimya-biologiya, fizika və baytarlıq laboratoriyaları, tədris olunan ixtisaslara uyğun 10 fənn kabinəsi, Heydər Əliyev lektoriyası, 3 kompüter otağı, baytarlıq fənn komissiya otağı, müəllimlər otağı, kitabxana, bufet və 120 yerlik iclas zalı vardır.

Təhsil ocağının informasiya texnologiyaları ilə təminatı diqqətdə saxlanılıb, 66 kompüter quraşdırılıb və internetə qoşulub. Kitabxanada isə 2850 dərslik və 1175 bədii ədəbiyyat olmaqla 4025 kitab müəllim və tələbələrin istifadəsinə verilib. Heydər Əliyev lektoriyasında Ümummilli Liderin həyat və fəaliyyəti gənc nəslə öyrədiləcək, Heydər Əliyev lektoriyaları, Ulu Öndərə həsr olunmuş tədbirlər keçiriləcəkdir.

Ali Məclisin Sədri tədris prosesində elektron lövhələrdən və elektron dərsliklərdən istifadənin, eləcə də tələbələrin kompüter biliklərinin artırılmasının əhəmiyyətini vurğulayıb, bununla bağlı müvafiq tapşırıqlar verib.

Kollecdə yol hərəkətinin təşkili, baytarlıq təbabəti, nəqliyyatda daşımaların təşkili (dəmir yolu üzrə), bank işi, mühasibat uçotu, rabitə qovşaqları və kommunikasiya sistemləri olmaqla 6 ixtisas üzrə kadr hazırlığı aparılır. Hər ixtisas üzrə ayrıca kabinə yaradılıb, elektron lövhələr, müvafiq tədris avadanlıqları və əyani vəsaitlərlə təmin olunub. Hazırda kollecdə 455 tələbənin təhsili ilə 36 müəllim məşğul olur. 2016-2017-ci tədris ilində kollecə 123 tələbə qəbul olunub.

Fənn kabinələrinə baxış zamanı bildirilib ki, hami təşkilatlarla qarşılıqlı işin təşkili tələbələrin praktik vərdişlərinin artırılmasına və mütəxəssis kimi hazırlanmasına mühüm töhfə verib. Belə ki, yay tətili dövründə nəqliyyatda daşımaların təşkili ixtisası üzrə təhsil alan 14 tələbə müqavilə əsasında “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində işə qəbul olunub.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri deyib ki, texniki sahə üzrə kadrlara olan tələbat ilbəil artır. Naxçıvan Dövlət Texniki Kollecinin fəaliyyəti də bu istiqamətdə qurulub. Yeni binada kollektiv üçün lazımi tədris şəraiti yaradılıb. Ona görə də kollecdə dərslər hərtərəfli tədris olunmalı, nəzəriyyə ilə yanaşı praktika da öyrədilməli, mütəxəssis hazırlığına ciddi diqqət yetirilməlidir. Burada təhsil alan gənclər texniki sahə üzrə kadrlara olan tələbatı ödəməklə yanaşı, həm də gələcəkdə öz ixtisaslarına uyğun olaraq Naxçıvan Dövlət Universitetində təhsillərini davam etdirməlidirlər.

Müəllim Səadət Qocayeva minnətdarlıq edərək deyib: Təhsilə qayğı ölkənin gələcəyinə qayğıdır. Bu gün muxtar respublikada gələcəyimiz olan gənc nəslin yetişdirilməsi qayğısına qalınır, təhsil sistemi tamamilə müasirləşdirilir. Naxçıvan Dövlət Texniki Kolleci üçün yaradılan şərait də təhsilə qayğının daha bir ifadəsidir. Bu, pedaqoji kollektivin üzərinə mühüm vəzifələr qoyur. Gənclərin yaxşı təhsil alması və mütəxəssis kimi yetişməsi üçün səylə çalışacaq, əsl vətəndaşlar yetişdirəcəyik.

Binanın həyətində də abadlıq işləri aparılıb, yaşıllıq salınıb, işıqlandırma sistemi qurulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib