REGİONLAR


Naxçıvan Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Naxçıvan, 28 dekabr, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin xalqımızın milli birlik əldə etməsində, diasporumuzun müstəqil Azərbaycan dövlətinin siyasətinin, milli maraqlarımızın müdafiəsi məqsədilə birləşməsi və koordinasiyasında misilsiz xidmətləri olub.

Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər universitetdə keçirilən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konfransda səsləndirilib.

Konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov XX yüzilliyin 90-cı illərinin əvvəllərində azərbaycançılıq və milli həmrəylik ideyalarının daha geniş vüsət aldığını, Naxçıvanda baş verən hadisələrlə müstəqillik uğrunda şərəfli mübarizənin təməlinin qoyulduğunu, xalqın mütəşəkkillik, milli əqidə və bütövlük nümayiş etdirdiyini xatırladıb.

Konfransda təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, dosent Şəmil Mahmudovun “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü”, Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Asəf Əliyevin “Milli birlik və azərbaycançılıq ideyaları bu gün uğurla davam etdirilir”, universitetin Tələbə-Gənclər Təşkilatının sədri, ümumi tarix kafedrasının müəllimi Arzu Abdullayevin “Həmrəyliyimiz birliyimizdir” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə xalqımızın milli müstəqillik və həmrəylik uğrunda keçdiyi şərəfli mübarizə yolundan, dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı imzaladığı qərarın tarixi əhəmiyyətindən, Ümummilli Liderin Vətən sevgisindən, Azərbaycanı dünyada təbliğ etmək, xaricdə yaşayan soydaşlarımızın tarixi vətənləri ilə sıx əlaqə qurması istiqamətində gördüyü işlərdən bəhs olunub.

Sonra Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xronikasını əks etdirən tarixi kadrlar, Azərbaycanın və dünyanın müxtəlif universitetlərində təhsil alan tələbələrin bayram təbriklərindən ibarət videoçarx izlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.