REGİONLAR


Naxçıvan Dövlət Universitetində Milli Musiqi Günü qeyd olunub

A+ A

Naxçıvan, 17 sentyabr, AZƏRTAC

Milli Musiqi Günü münasibətilə Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı ilə birgə tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müəllim və tələbələri yeni dərs ilinin başlanması və Milli Musiqi Günü münasibətilə təbrik edib, bu günün tarixindən, Azərbaycan klassik musiqi janrının inkişafında böyük xidmətləri olan dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığından, milli mədəniyyətimizə verdiyi misilsiz töhfələrdən söz açıb.

Qeyd olunub ki, Üzeyir Hacıbəyli elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək millin musiqi mədəniyyətinin inkişafına xidmət edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb, musiqi mədəniyyətinin qızıl fonduna daxil olub.

Sonra İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının məsul katibi Günay Məmmədovanın bəstəkarın həyat və yaradıcılığı haqqında çıxışı dinlənilib.

Tədbirin bədii hissəsində müəllif əsərləri ilə yanaşı, bəstəkara ithaf olunmuş musiqi nömrələri də ifa olunub. Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi Nərminə Qədimovanın və baş müəllim Xalubər Namazovanın müşayiəti ilə “Cəngi”, “Arşın mal alan” operettasından Əsgərin ariyası, Telli ilə Vəlinin dueti, Gülçöhrənin ariyası, həmçinin “Çırpınırdın, Qara dəniz”, “Qaragöz” mahnıları, Kamal Əhmədovun bəstələrindən “Aşıqsayağı”, Yaşar Xəlilovun ifasında isə “İblis” operasından parçalar səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.