REGİONLAR


Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi qeyd olunub

Naxçıvan, 9 iyun, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) 50 yaşı tamam olur. Bu münasibətlə Naxçıvan Dövlət Texniki Kollecində keçirilən konfransda universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid ali təhsil ocağının yaranma tarixi, inkişaf yolu, beynəlxalq əlaqələri və nailiyyətləri barədə ətraflı məlumat verib.

AZƏRTAC xəbər verir ki, təhsilə göstərilən yüksək dövlət qayğısından bəhs edən prorektor bunun sayəsində universitetin tədris korpuslarının yenidən qurulduğunu, auditoriya, kabinə və laboratoriyaların ən müasir texnoloji avadanlıqlarla təchiz olunduğunu qeyd edib. Bildirib ki, məhz bu diqqət və qayğı nəticəsində NDU iki dəfə - 2014-cü ildə 799 balla və 2017-ci ildə 827 balla Azərbaycanın ali təhsil müəssisələri arasında birinci yerə layiq görülüb.

Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev, universitetin tədris şöbəsinin müdiri, dosent Rafiq Rəhimov, ümumi tarix kafedrasının müdiri, dosent İlqar Kəngərli çıxış edərək təmsil etdikləri universitetin istər təhsilin keyfiyyətinə və nizam-intizama, istərsə də maddi-texniki bazanın imkanlarına görə dünyanın qabaqcıl universitetlərindən heç də geri qalmadığını, burada gələcəyin mütəxəssislərinin yetişməsi üçün lazımi şəraitin mövcud olduğunu bildiriblər.

Konfransda çıxış edənlər NDU-nun muxtar respublikada kadr potensialının gücləndirilməsinə verdiyi töhfələrdən ətraflı söz açıblar.

Sonda “Naxçıvan Dövlət Universitetinin inkişaf yolu” adlı film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.