REGİONLAR


Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələri genişləndirilir

A+ A

Naxçıvan, 5 oktyabr, AZƏRTAC

Bu günlərdə İsveçin Upsala Universitetində “Azərbaycanda doktorantura təhsilinin vahid Avropa Ali Təhsil Məkanının standartlarına uyğunlaşdırılması və strukturlaşdırılması” (“Nizami”) layihəsinin üçüncü seminarı keçirilib.

Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, seminarın keçirilməsində məqsəd bir il ərzində görülən işlərin müzakirəsi və gələcək fəaliyyət planının müəyyənləşdirilməsindən ibarət olub. Seminarda layihənin tərəfdaşları olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası ilə yanaşı, ölkəmizin 9 ali təhsil ocağından, Avropadan isə 4 ali təhsil müəssisəsindən nümayəndələr iştirak edib.

“Nizami” layihəsinin seminarında Azərbaycanda doktorantura təhsilinin yaradılması, təşkili qaydaları və mövcud vəziyyəti ilə bağlı təqdimatlar dinlənilib, həmçinin Avropada doktorantura təhsilinin təşkili qaydaları müzakirə olunub və Azərbaycanın doktorantura təhsili ilə müqayisələr aparılıb.

Naxçıvan Dövlət Universitetini seminarda rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov və layihənin universitet üzrə əlaqələndiricisi, elmi işlər üzrə prorektor, dosent Mübariz Nuriyev təmsil ediblər.

Qeyd edək ki, Azərbaycanın qabaqcıl tədris ocaqlarından olan Naxçıvan Dövlət Universiteti 2011-ci ildə “Erasmus+” , “Erasmus Humeria” layihələrinə qoşulub. Tədris ocağı, həmçinin Avropa İttifaqının “7 Tempus” layihəsinin də iştirakçısıdır. Layihələr çərçivəsində universitet əməkdaşlarının müxtəlif xarici ölkələrdə konfranslarda iştirakı təmin edilır, tələbə və müəllim mübadiləsi həyata keçirilir, eləcə də xarici mütəxəssislərin universitetdə görüşləri və dərsləri təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.