Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan İslam mədəniyyətinin paytaxtı missiyasını layiqincə yerinə yetirəcək

Naxçıvan İslam mədəniyyətinin paytaxtı missiyasını layiqincə yerinə yetirəcək

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar geniş hazırlıq işləri görülür

Naxçıvan, 17 fevral, AZƏRTAC

Milli və müasir sivilizasiyaların qovuşuğunda yerləşən Naxçıvan şəhəri bir ildən sonra İslam mədəniyyətinin paytaxtı statusunu təhvil alacaq. İslam mədəniyyətinin tarixində özünəməxsus yer tutan, müasir inkişafı ilə diqqəti cəlb edən, gündən-günə gözəlləşən Naxçıvanın həm də qədim sivilizasiyanın beşiyi olduğunu nəzərə alsaq, çox əhəmiyyətli bir tarixi prosesin şahidi olacağımıza əminlik yaranır. Ekspertlərin fikrincə, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olması muxtar respublikamızın, ölkəmizin, ümumilikdə isə İslam dünyasının mədəni həyatında yaddaqalan bir hadisə, mədəniyyət aləmində beynəlxalq səviyyədə böyük irəliləyişlərin müjdəçisi kimi tarixdə yerini alacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı Sərəncama əsasən, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin ötən il noyabrın 15-də keçirilən ilk iclasında hazırlıq işləri ilə bağlı məsələlər müzakirə olunub, görüləcək işlərin istiqaməti müəyyənləşdirilib. Bu il yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan–2018” loqotipinin hazırlanması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar loqotipin hazırlanması məqsədilə müsabiqə elan edilib. Bundan sonrakı prosesdə rəsmi internet səhifəsi yaradılacaq, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları hazırlanacaq. Eyni zamanda, muxtar respublikada mövcud olan türk-islam mədəniyyət nümunələrinin, dini abidələrin tanıdılması ilə bağlı onlardan bəzilərinin ISESCO-nun siyahısına salınması istiqamətində işlərin aparılması, qədim diyarın dini abidələri, məscid və ziyarətgahları haqqında kitabların nəşri, milli-mənəvi dəyərlərimizə həsr olunmuş sənədli və televiziya filmlərinin hazırlanması nəzərdə tutulur. Təşkilat Komitəsi elmi-kütləvi tədbirlərin də təşkilini diqqətdə saxlayacaq. Naxçıvanda “İslam filmləri həftəsi”nin keçirilməsi, İslam ölkələrinin folklor və rəqs qruplarının iştirakı ilə festivalların, müxtəlif idman yarışlarının təşkili də nəzərdə tutulur.

İslam Konfransı Təşkilatının tərkibinə daxil olan 52 ölkənin hər birinin nümayəndəsi rəsmi qaydada Naxçıvana gələcək. Mötəbər tədbirlərin keçirilməsi zamanı isə dünya mediasının diqqəti qədim diyara yönələcək. Bu, muxtar respublikada formalaşan böyük mədəniyyətin, onun zəngin turizm potensialının təkcə İslam ölkələrində deyil, həm də dünyada təbliği baxımından əvəzsiz imkanlar yaradacaq. Bundan başqa, həmin ölkələrdə Naxçıvan mədəniyyətini əks etdirən tədbirlərin təqdimatının keçirilməsi də nəzərdə tutulub. Bu da görüləcək işlərə əsaslı töhfə verəcək.

Xatırladaq ki, dünyanın çox böyük coğrafi ərazisini əhatə edən İslam dünyasında bu gün yüzlərlə şəhər mövcuddur. Bu şəhərlər arasında əhalisinin sayına, infrastrukturuna görə diqqəti cəlb edənləri də az deyil. Lakin həmin şəhərlərin əksəriyyəti “İslam mədəniyyətinin paytaxtı” kimi şərəfli bir ada hələ də layiq görülməyib. Naxçıvan şəhəri isə tarixiliyi, zəngin mədəniyyəti və bütün istiqamətlər üzrə həyata keçirilən quruculuq işləri nəticəsində “İslam mədəniyyətinin paytaxtı” adına layiq görülüb. Həm də müstəqilliyimizin çox qısa bir tarixi dövründə...

Yaxın tarixə nəzər yetirsək, bunu daha aydın şəkildə görə bilərik. Belə ki, 2001-ci ilin axırlarında Qətərin paytaxtı Doha şəhərində İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin III konfransında İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ISESCO) təklifi ilə “İslam mədəniyyəti paytaxtları” Proqramının təsdiq olunması haqqında Qətnamə qəbul edilib. Bu sənədə müvafiq olaraq, İslam mədəniyyəti paytaxtları İslam Konfransı Təşkilatının üzvü olan ölkələr arasından seçilməli idi. Həmin konfransda qəbul edilmiş digər qərara görə, dünya müsəlmanlarının ziyarət məkanı olan müqəddəs Kəbənin yerləşdiyi Məkkə şəhəri ilk İslam mədəniyyətinin paytaxtı elan edilib. 2009-cu ildə ölkəmizin paytaxtı Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı olub. Həmin il isə qədimliyi və müasirliyi özündə yaşadan Naxçıvan şəhəri yekdilliklə bu mötəbər ada layiq görülüb. 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycan xalqının tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymətin nəticəsidir.

Digər xüsusi bir məqam isə ondan ibarətdir ki, bu ada namizəd kimi irəli sürülən şəhər öz ölkəsi, regionu və İslam dünyası səviyyəsində zəngin tarixə malik olmalı, elmin, incəsənətin, ədəbiyyatın inkişafına, həm İslam mədəniyyətinə, həm də bütövlükdə dünya mədəniyyətinə xüsusi töhfə verməlidir. Bundan əlavə, həmin şəhərin həm fərdi, həm də kütləvi şəkildə mədəni tədbirlər təşkil edən xüsusi binaları, elmi mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji qurumları, müvafiq institutları və sair olmalıdır. Bu gün Naxçıvan şəhəri bütün bu meyarlara ən yüksək səviyyədə cavab verir. Azərbaycanın 5 minillik tarixə malik qədim şəhəri olan Naxçıvanda son 21 ildə onlarla nüfuzlu beynəlxalq tədbir keçirilib. Qədim diyarda elmin, mədəniyyətin inkişafı bu gün ölkəmizdə nümunə kimi qəbul edilir. Muxtar respublika türk-islam mədəniyyət nümunələri, dini abidələrlə zəngindir və bəşər sivilizasiyasına çox dəyərli töhfələr verib. Dini ziyarətgahlar – imamzadələr, Əshabi-Kəhf ziyarətgahı bu gün öz abadlığına görə yalnız İslamın yarandığı müqəddəs şəhərlərdəki ziyarətgahlarla müqayisə oluna bilər. Bu gün muxtar respublikada 210 məscid, 26 dini ziyarətgah var. Son 21 ildə Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində yeni məscidlər tikilib, mövcud məscidlər təmir olunub, abadlaşdırılıb. Naxçıvanda regionun ən böyük ibadət ocağı olacaq – 2500 nəfərin eyni vaxtda namaz qıla biləcəyi məscidin inşası da davam etdirilir. Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsinin səbəbi digər amillərlə yanaşı, həm də muxtar respublikada ziyarətgahların, dini-mədəni abidələrin bərpasının diqqət mərkəzində saxlanılmasıdır.

Yeri gəlmişkən, dünyada dinindən, irqindən asılı olmayaraq, bütün insanlar üç müqəddəs torpaq olduğunu qəbul edirlər. Bunlardan biri Məkkə, ikincisi Qüds, üçüncüsü isə Naxçıvan torpağıdır. Naxçıvan torpağı ona görə müqəddəs sayılır ki, bura Nuh Peyğəmbərin vətənidir. Təkallahlıq dünyada ilk dəfə olaraq bu torpaqda yayılıb. Əshabi-Kəhfdə qeyb olan insanlar da Allahı tanımaqdan, Uca Yaradanı tapmaqdan ötrü sarayı tərk edib, mağarada Tanrıya pənah gətiriblər...

Muxtar respublikamıza gələn yüksək səviyyəli qonaqların, nüfuzlu alimlərin, mədəniyyət xadimlərinin, tanınmış ekspertlərin də qeyd etdiyi kimi, Naxçıvanda şəhərsalmada xüsusi diqqət yetirilən kərpic və şəbəkə elementləri burada Şərq memarlıq ənənələrinin, şüşə və metal konstruksiyalardan istifadə isə Qərb inşaat texnologiyalarının üzvi vəhdətdə yaşadılmasına imkan verib. Müasir Naxçıvan qərbyönlü inkişafın əsas meyillərini toplu halda təcəssüm etdirsə də, Şərq mühitinin özünəməxsus aurasını qoruyub saxlaya bilib. Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində Naxçıvan şəhərində əsaslı şəkildə bərpa edilmiş XIX əsrə məxsus Came məscidi, Nuh Peyğəmbərin türbəsi, Zaviyə-mədrəsə binası, həmçinin Möminə xatın, Yusif Küseyiroğlu türbələri, Naxçıvanqala, Xan sarayı, İsmayılxan hamamı, həm də böyük İslam mədəniyyətini özündə yaşadan qədimlik ənənəsinin əsaslı nümunələridir. Qeyd edək ki, görkəmli şair-dramaturq Hüseyn Cavidin şəbəkə ilə işlənmiş türbəsi də bu ənənələrdən bəhrələnərək ucaldılıb.

Mübaliğəsiz deyə bilərik ki, həyata keçiriləcək tədbirlər və digər aktual təşəbbüslər sayəsində muxtar respublikamız 26 illik blokadaya baxmayaraq, bütün dünyada həm yüksək sürətlə inkişaf edən, beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olan bir diyar kimi, həm də qeyri-adi istedadların doğulduğu və inkişaf etdiyi, Azərbaycan xalqının böyük mədəniyyətinin ən qədim dövrlərdən bəri yaşadıldığı və zaman keçdikcə daha da zənginləşdirilərək dünya mədəniyyət xəzinəsinə bənzərsiz töhfə verən gözəl bir məkan kimi tanınacaq. Bu mənada əminik ki, gələn il muxtar respublikamızın paytaxtında keçiriləcək mədəni-kütləvi tədbirlər, görüləcək işlər İslam mədəniyyəti tarixində əlahiddə yer tutacaq. Biz bir daha sübut edəcəyik ki, Naxçıvan islami dəyərlərə sadiqdir və bu dəyərlərin nəsillərdən-nəsillərə ötürülməsi ilə mövcud yüksək mədəniyyətimiz əsaslı şəkildə zənginləşib.

Bu, bir reallıqdır ki, bəşər sivilizasiyaları arasında İslam sivilizasiyasının daim xüsusi yeri olub. Ümumiyyətlə, İslamın geniş yayılmasını təkcə dini etiqad baxımından izah etmək düzgün olmazdı. İslamın yayılması həm də mədəni ənənə və elmlə bağlıdır. İslamda qələmə və yazıya and içilir. Bütün bunlar göstərir ki, bizim dinimiz elmə çox böyük əhəmiyyət verir.

Bu da həqiqətdir ki, İslamın mədəni göstəricilərindən biri kitab mədəniyyətidir. Heç bir din haqqında bu qədər kitab yazılmayıb. İnanırıq ki, 2018-ci ildən başlayaraq İslam dünyasında yazılacaq kitablarda Naxçıvanın adı daha çox qeyd olunacaq. Çünki tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb. Bu ənənəni İslam mədəniyyətinin paytaxtı kimi daha böyük əzmlə davam etdirəcək.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb