İQTİSADİYYAT
Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsi İran və Azərbaycan vətəndaşlarının gediş-gəlişinin artmasına səbəb olacaq
Tehran, 23 oktyabr, AZƏRTAC
İran ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat, tibb, gömrük, standartlaşdırma, tranzit, nəqliyyat sahələrində əməkdaşlığı ötən iki ildə qarşılıqlı əlaqələrin əsas hissəsini özündə ehtiva edən önəmli sahələrdir.
Bu fikri İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım mətbuata açıqlamasında deyib.
Baş konsul Naxçıvan tərəfinin Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazır olduğunu bildirib. O əlavə edib ki, İran tərəfinin hazır olması ilə İran və Azərbaycan Respublikası vətəndaşlarının gediş-gəlişinin artmasına səbəb olacaq bu dəmir yolunun açılış mərasimi keçiriləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:03]
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
- 19.04.2024 [19:09]
Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar
- 19.04.2024 [19:00]
® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19.04.2024 [18:42]
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
- 19.04.2024 [18:24]