Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyi qeyd olunub

Naxçıvan, 27 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci il martın 29-da “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb və yubileylə bağlı Tədbirlər Planını təsdiq edib. Tədbirlər Planına əsasən Naxçıvan Musiqi Kollecinin binasında yenidənqurma işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 27-də Naxçıvan Musiqi Kollecinin binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tədris korpusunda yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, yenidənqurma işləri zamanı kollecin maddi-texniki bazası möhkəmləndirilib, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binada tədrisin nümunəvi təşkili üçün hər cür şərait yaradılıb. Kollecdə 5-i elektron lövhəli olmaqla 70 sinif otağı, kompüter və müəllimlər otaqları, kitabxana, iclas və idman zalları, xoreoqrafiya sinfi, hərbi kabinə, səsyazma studiyası, arxiv və bufet vardır. Sinif otaqlarında tədris olunan ixtisaslara uyğun musiqi alətləri və avadanlıqlar qoyulub.

Kollecin kompüter sinfində 23 kompüter dəsti quraşdırılıb və internetə qoşulub. Elektron lövhəli siniflərdə muzeylərlə video-əlaqələr yaratmaq və virtual dərslər keçmək imkanı vardır. Həmçinin tələbələr bu siniflərdə musiqi nəzəriyyəsinə aid elektron dərsliklərdən istifadə etməklə, eləcə də müxtəlif konsert proqramlarını izləməklə bilik və bacarıqlarını artıracaqlar. Kitabxana dünya klassiklərinin, Azərbaycan və Naxçıvan bəstəkarlarının əsərləri, milli musiqi sənətinə, bəstəkar və xalq mahnılarına aid dərsliklər və digər ədəbiyyatlarla zənginləşdirilib.

Ali Məclisin Sədri qədim musiqi aləti olan “Naxçıvan tənburu”nu Musiqi Kollecinə hədiyyə edib, kollecdə Azərbaycan xalq musiqisi sinfinin yaradılması, sinfin milli musiqi nəzəriyyəsinə aid ədəbiyyatlarla və xalq çalğı alətləri ilə zənginləşdirilməsi barədə tapşırıq verib.

Sonra Naxçıvan Musiqi Kollecinin kollektivi ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar.

Həmin gün Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Musiqi Kollecinin 40 illiyi ilə əlaqədar tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyi münasibətilə kollecin müəllim və tələbələrini təbrik edərək deyib: Hər bir xalqın milli və mədəni dəyərlərini təcəssüm etdirən mühüm vasitələrdən biri də onun musiqisidir. Qədim Şərq filosofları deyirdilər ki, bir millətin xarakterini bilmək üçün o millətin musiqisini dinləmək lazımdır. Azərbaycan musiqisi xalqımızın zəngin mədəniyyətini və milli dəyərlərini bütün dünyaya nümayiş etdirir. Mərasim-məişət nəğmələrimiz, muğam və aşıq yaradıcılığımız, Naxçıvandakı Gəmiqaya abidələrində əks olunan yallı elementləri bir tərəfdən bəşəriyyətin ilkin melodiya və ritm sənəti haqqında məlumat verirsə, digər tərəfdən musiqi mədəniyyətimizin nə qədər qədim və zəngin olduğunu göstərir.

Ali Məclisin Sədri deyib: Bu gün milli musiqi sənətimiz özünün inkişaf dövrünü yaşayır. Bu inkişafın əsası ötən əsrin 70-80-ci illərində qoyulmuşdur. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə digər sahələrdə olduğu kimi, xalqın tarixi keçmişinə və milli dəyərlərə münasibətdə də köklü dəyişikliklər baş verdi. Əgər əvvəllər Novruz bayramının keçirilməsinə icazə verilmirdisə, “Kitabi-Dədə Qorqud” dastanı hakimiyyət orqanları tərəfindən ittiham olunur və qadağan edilirdisə, 1970-ci ildən başlayaraq Novruz bayramı böyük el şənliyi kimi qeyd olundu, “Kitabi-Dədə Qorqud” dastanına ikinci həyat verildi. Dastanla bağlı elmi tədqiqatlar aparıldı, kitablar nəşr olundu, ikiseriyalı “Dədə Qorqud” bədii filmi çəkildi. Əgər əvvəllər rəsmi dövlət tədbirləri zamanı konsert proqramlarında sovet mədəniyyətinin daşıyıcısı olan əsərlərə üstünlük verilirdisə, 70-80-ci illərdə keçirilən tədbirlərin repertuarlarında artıq böyük Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Arif Məlikovun, Tofiq Quliyevin əsərləri üstünlük təşkil edirdi. Azərbaycan xalqının ruhunu professional şəkildə ifadə edən tar, kaman, balaban, zurna, saz, qanun kimi alətlərin orkestrlərdə təmsil olunması, Şərur – Naxçıvan yallılarına geniş yer ayrılması zəngin mənəvi dəyərlərimizə göstərilən böyük qayğının ifadəsi idi.

Qeyd olunub ki, Ümummilli Liderimizin “Respublikada musiqi ifaçılığı sənətinin vəziyyəti və onu daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı hələ o dövrdə bədii kollektivlərin, xüsusən də estrada və vokal instrumental kollektivlərinin peşəkarlığının, səhnə və ifaçılıq mədəniyyətinin artırılmasına öz təsirini göstərdi. Xalq yaradıcılığının, musiqi sənətinin inkişafı üçün tədbirlər görüldü, orta və ali təhsilli musiqiçi kadrların hazırlanmasına diqqət artırıldı, musiqi məktəblərinin şəbəkəsi genişləndirildi, şəhər və kəndlərdə yeni musiqi məktəbləri yaradıldı. Həmin dövrdə yeni yaradılan musiqi məktəblərindən biri də Naxçıvan Musiqi Kolleci idi. Ümummilli Liderimizin himayəsi ilə 1975-ci ildə fəaliyyətə başlayan bu təhsil ocağı ötən 40 ildə böyük yol keçib. Kollec orta ixtisaslı musiqiçi kadrların və mütəxəssislərin hazırlanması, xalq musiqisi ənənələrinin yaşadılması, eləcə də klassik və dünya musiqisinin öyrənilməsi və təbliği sahəsində səmərəli fəaliyyət göstərir. Naxçıvan Musiqi Kollecini bitirən 3 minə yaxın məzun bu gün mədəniyyət müəssisələrində, uşaq-musiqi məktəblərində çalışaraq Azərbaycan musiqi mədəniyyətinin inkişafına öz töhfələrini verirlər.

Ali Məclisin Sədri Azərbaycan mədəniyyətinin inkişafında, musiqi sənətimizin gənc nəslə öyrədilməsi və yaşadılmasında səmərəli fəaliyyətinə görə Naxçıvan Musiqi Kollecinin kollektivinə təşəkkür edib, ümummilli liderimiz Heydər Əliyevin “Musiqi ayrı-ayrı dillərdə danışan, müxtəlif inkişaf yolları keçmiş, bir-birindən fərqlənən mənəvi və maddi dəyərlərə malik xalqların ən gözəl qarşılıqlı anlaşma və ünsiyyət vasitəsidir. O, hər bir ölkədə xalqın mənəvi aləminin parlaq ifadəsi olmaqla onun dünyada tanınmasında, beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynayır”, - fikrini xatırladaraq deyib: Bu gün ölkəmizdə mədəniyyətin, xüsusilə də musiqi sənətinin inkişafı əsas vəzifələr sırasındadır. Muxtar respublikamızda da musiqi sənəti öz inkişaf dövrünü yaşayır. Hər il Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə uşaq musiqi məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilir, gənc nəslə milli dəyərlərimizin və musiqi sənətimizin aşılanması istiqamətində tədbirlər görülür. Bu tədbirlər öz bəhrəsini verir. Naxçıvanda yeni bəstəkarlar, ifaçılar, gənc musiqiçilər nəsli yetişir. Lakin görülən tədbirlərlə kifayətlənmək olmaz. Naxçıvan Dövlət Universiteti və Naxçıvan Musiqi Kolleci gənc musiqiçi kadrların hazırlıq səviyyəsini artırmalıdırlar. Mədəniyyət və Turizm Nazirliyi uşaq musiqi məktəblərində tədrisin səviyyəsinin yüksəldilməsinə nail olmalıdır.

Ali Məclisin Sədri deyib ki, Naxçıvan Muxtar Respublikasında istedadlı gənclər çoxdur. Təhsil, eləcə də Mədəniyyət və Turizm Nazirliyi istedadlı gənclərin elektron məlumat bazasını yaratmalı, gənclər himayə olunmalı, onlarla iş təkmilləşdirilməlidir. Aid təşkilatlar tərəfindən hamiliyə götürülən musiqi ixtisasları üzrə peşəkar kadrların hazırlanması, muxtar respublikanın mədəniyyət və musiqi müəssisələrində onların təcrübə keçmələri üçün lazımi şəraitin yaradılması və müvafiq sahədə işlə təminat diqqətdə saxlanılmalıdır. Televiziya və radiolar musiqi mədəniyyətinin formalaşmasında və təbliğində mühüm rol oynayırlar. Teleradiolarda milli və klassik musiqilərə üstünlük verilməlidir. Musiqi kollektivləri öz repertuarlarını daim yeniləməli, qədim folklor nümunələrinin, xalq mahnı və musiqilərinin, yallıların nota köçürülməsi və yaşadılması sahəsində fəaliyyət bundan sonra da davam etdirilməlidir.

“Musiqi təhsili alan gənclər bilməlidirlər ki, onlar gələcəkdə xalqımızın zəngin və qədim tarixə malik mədəniyyətini yaşadacaq və təbliğ edəcəklər. Ona görə də musiqi ixtisasına yiyələnmək istəyən gənclər musiqi sənətini mükəmməl öyrənməlidirlər”, - deyən Ali Məclisin Sədri bu vəzifələrin icrasında uğurlar arzulayıb, Naxçıvan Musiqi Kollecinin kollektivini yubiley münasibətilə bir daha təbrik edib.

Sonra Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülən gənc istedadlara mükafatların təqdimatı olub.

Ali Məclisin Sədri fəxri adların döş nişanlarını və vəsiqələrini, adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüş Naxçıvan Musiqi Kollecinin tələbəsi Səkinə Quliyevaya və Culfa Şəhər Uşaq Musiqi Məktəbinin şagirdi Uğur Ramazanlıya mükafatları təqdim edib.

Təltif olunanlardan Azərbaycan Dövlət Filarmoniyasının solisti Eytiram Hüseyinov “Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti” fəxri adına layiq görüldüyünə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, bu adı öz fəaliyyəti ilə doğruldacağını bildirib.

Naxçıvan Musiqi Kollecinin direktoru Həsən Seyidov tədbirdə çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil siyasəti muxtar respublikamızda uğurla davam etdirilir, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunan müasir məktəb binaları tikilib istifadəyə verilir. Bu il Naxçıvan Musiqi Kollecinin binasının əsaslı şəkildə yenidən qurulması və kollecin 40 illik yubileyinin qeyd olunması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Bütün bunlar muxtar respublikada təhsilə, gənclərin hərtərəfli inkişafına göstərilən qayğının ifadəsidir. Kollecin tələbələri ölkəmizdə, o cümlədən muxtar respublikada keçirilən müsabiqələrdə uğurla çıxış edirlər. Hazırda kollecdə 11 ixtisas üzrə 562 tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 156 müəllim və konsertmeyster məşğul olur. Həsən Seyidov göstərilən diqqət və qayğıya görə kollektiv adından minnətdarlıq edib, ixtisaslı musiqiçi kadrların hazırlanmasında fəaliyyətlərini daha da gücləndirəcəklərinə söz verib.

Sonra Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI