Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan Miniatür Kitab Muzeyinin filialı açılıb

Naxçıvan, 18 dekabr, Rauf Əliyev, AZƏRTAC 

Dekabrın 18-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan Miniatür Kitab Muzeyinin filialının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək deyib ki, bu gün Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında qədim tarixə malik diyarın həyatında əlamətdar hadisə münasibətilə toplaşmışıq.

Bildirilib ki, muxtar respublikada bütün sahələr kimi, kitabxanalar da qayğı ilə əhatə olunub. Kitabxanalar yeni kitablarla zənginləşdirilir, onların maddi-texniki bazaları yaxşılaşdırılır, yeni elektron kitabxanalar yaradılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında” 2011-ci il 17 fevral, “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 19 aprel tarixli sərəncamları, eləcə də Naxçıvan Muxtar Respublika Kitabxanasında, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunda elektron kitabxanaların, həmçinin Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidmətinin yaradılması muxtar respublikada kitabxanalara, kitab mütaliəsinə göstərilən diqqət və qayğının əyani ifadəsidir.

Qeyd edilib ki, kitabxanaların maddi bazasının gücləndirilməsi, elektron kitabxanaların yaradılması milli-mədəni irsimizin qorunaraq gələcək nəsillərə çatdırılmasına, kitabxana xidmətinin forma və məzmunca yeniləşməsinə səbəb olub. Artıq yaradılan elektron kataloq sistemi və internet saytı vasitəsilə kitabxana fondunun qeydiyyatını aparmaq, oxucuların statistikasını və maraq dairəsini müəyyənləşdirmək, ədəbiyyat fondunu oxucu sorğusuna uyğun komplektləşdirmək və yeniləşdirmək mümkündür.

Diqqətə çatdırılıb ki, 150 minə yaxın kitab fondu olan Naxçıvan Muxtar Respublika Kitabxanasında 4 bölmə və 10 şöbə fəaliyyət göstərir. Bu gün burada Azərbaycan Miniatür Kitab Muzeyinin filialı açılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə yaradılan bu filial öz tərtibatı ilə fərqlənir. Filialın yerləşdiyi otaqda miniatür kitablar üçün 11 şkaf qoyulub və bu şkaflarda işıqlandırma sistemi yaradılıb. Bu da 1000-dən çox miniatür kitabın sərgilənməsinə imkan verəcəkdir. Burada elektron kartotekanın aparılması məqsədilə zəruri şərait yaradılıb. Bundan əlavə, filialda miniatür kitabların asanlıqla oxunması üçün şriftləri verilən rejimdə böyüdən xüsusi aparat da qoyulub.

Bildirilib ki, müasir dövrdə mədəniyyət nümunəsi kimi dəyərləndirilən miniatür kitablar geniş yayılıb və populyarlıq qazanıb. Bu nəşrlər təkcə məlumat və bilik vermək, mütərəqqi ideyalar yaymaq vəzifəsini daşımır. Həcmcə kiçik olsalar da, böyük dəyərə malik miniatür kitablar kütləvi satış üçün nəzərdə tutulmur, onlar xüsusi kitabxanalarda, muzeylərdə, sərgilərdə nümayiş etdirilir. İnanırıq ki, filialda toplanan kitablar tədqiqatçılar və oxucular üçün faydalı olacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov filialın ərsəyə gəlməsində Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Miniatür Kitab Muzeyinin yaradıcısı Zərifə Salahovanın xüsusi xidmətləri olduğunu vurğulayıb, buna görə də Zərifə xanıma muxtar respublikanın bütün oxucuları adından minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev qeyd edib ki, muxtar respublikada başqa sahələr kimi, mədəni həyatımız da intibah dövrünü yaşayır. Qədim diyarımızın tarixi keçmişi ilə bağlı kitabların nəşr olunması, Naxçıvanda beynəlxalq səviyyəli elmi konfransların, simpoziumların keçirilməsi, görkəmli şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi, şair və yazıçılarımızın, elm, maarif xadimlərinin ev-muzeylərinin yaradılması bir daha təsdiq edir ki, Naxçıvan Muxtar Respublikası bu gün öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan Miniatür Kitab Muzeyinin filialının yaradılması həyata keçirilən tədbirlərin davamı kimi hamımızda böyük qürur və sevinc hissi yaradıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi – Prezidentin köməkçisi Dilarə Seyidzadə bildirib ki, Naxçıvan çox müqəddəs torpaqdır. 1969-cu ildən etibarən Naxçıvanda da böyük işlər görülməyə başlanılıb. Bu gün hər bir naxçıvanlı Ulu Öndərin yolunu böyük məhəbbətlə davam etdirir. Bu torpağı qoruyan da, xilas edən də ümummilli liderimiz Heydər Əliyev olub. Heç şübhəsiz ki, Naxçıvanın bu səviyyəyə gətirilməsi ulu öndər Heydər Əliyev siyasətinə sədaqətin ifadəsidir.

“Azərbaycanda miniatür kitab nəşri, belə kitabların toplanılması Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Miniatür Kitab Muzeyinin təsisçisi Zərifə Salahovanın adı ilə bağlıdır”, - deyən Dilarə Seyidzadə ulu öndər Heydər Əliyevin Zərifə Salahovanın miniatür kitab işi sahəsindəki fəaliyyətinə yüksək qiymət verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Dilarə Seyidzadə çıxışının sonunda Naxçıvanda mədəniyyətin inkişafına göstərdiyi böyük qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib.

Azərbaycan Miniatür Kitab Muzeyinin təsisçisi, Respublika “Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova çıxış edərək deyib ki, bu gün miniatür kitablar dünyanın müxtəlif ölkələrində çap olunub yayılsa da, ilk dəfə Miniatür Kitab Muzeyi Azərbaycanda yaradılıb. Muzey ümummilli lider Heydər Əliyevin qayğısı ilə 2002-ci il aprel ayının 23-də Bakıda açılıb. Həmin muzeydə dünyanın 66 ölkəsində çap olunan 6 minədək miniatür kitab toplanıb. Sevindirici haldır ki, həmin kitablar içərisində ölkə nəşriyyatlarının çap etdikləri miniatür kitablar da özünə yer alıb.

Zərifə Salahova Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə miniatür kitab hazırladığını bildirib. Diqqətə çatdırıb ki, bu il sentyabrın 29-da Naxçıvanda həmin kitabın təqdimat mərasimində iştirak etmişəm. Naxçıvanlıların elmə, mədəniyyətə böyük maraq göstərdiklərini vurğulayan Zərifə Salahova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu qədim diyarda həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirib, göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib.

Sonra Azərbaycan Miniatür Kitab Muzeyinin filialı ilə tanışlıq olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib