REGİONLAR


Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində tələbələrlə görüş

Naxçıvan, 22 may, AZƏRTAC 

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi ixtisaslarında təhsil alan II və III kurs tələbələri ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edib. Bildirib ki, tələbələrlə görüş Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilir.

Vurğulanıb ki, sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə nazirliyin və Naxçıvan Dövlət Universitetinin 2015-ci il 8 oktyabr tarixli birgə tədbirlər planı təsdiq edilib, universitetin nazirliyin hamiliyinə verilmiş müvafiq ixtisaslarının tələbələri ilə müxtəlif tədbirlər reallaşdırılıb.

Qeyd olunub ki, nazirlik hər il öz iş planına tələbələrin hamiliyi ilə bağlı bənd daxil edir və tələbələrlə görüşlər keçirilir. Nazirlikdə və Məhkəmə Ekspertiza Mərkəzində olan tələbələr nazirliyin şöbə və bölmələrinin işi ilə maraqlanıb, Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq laboratoriyalarında ekspertiza işlərinin aparılmasında yaxından iştirak ediblər. Həmçinin Naxçıvan Şəhər Bələdiyyəsi və nazirliyin Penitensiar Xidmətində hər iki müəssisənin iş prinsipi ilə tanış olublar.

Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirən Suliddin Əliyev bu istiqamətdə fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə müşaviri Səttar Zamanov və Məhkəmə Ekspertiza Mərkəzinin rəis müavini, ədliyyə müşaviri Elman Abbasov çıxış edərək, tələbələrə aidiyyəti sahələr üzrə məlumatlar veriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.