SİYASƏT
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Xadim Ərəbbaği ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb, onu Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu ifadə edib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı münasibətlərə diqqəti çəkən Ali Məclisin Sədri muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə sənayenin və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, Araz Azad Ticarət və Sənaye Zonasının əlaqələrin inkişafında geniş imkanlara malik olduğunu bildirib.
Möhsün Xadim Ərəbbaği göstərilən səmimi münasibətə görə minnətdarlıq edib, Naxçıvan Muxtar Respublikasının inkişafının məmnunluq doğurduğunu bildirib. Araz Azad Ticarət və Sənaye Zonası haqqında məlumat verən qonaq ikitərəfli əlaqələrin inkişaf perspektivlərini qeyd edib.
İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur Ayrom görüşdə iştirak edib.