SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

A+ A

Naxçıvan, 29 iyul, AZƏRTAC

İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənub Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Argentina Szabados ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Ali Məclisin Sədri Naxçıvanda İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb və təşkilatçılara təşəkkür edib. Muxtar respublikada bu sahədə problemlərin olmadığını və cinayət faktının qeydə alınmadığını bildirən Ali Məclisin Sədri qadınların cəmiyyətdəki rolunun artırılması və məşğulluğunun təmin olunması ilə bağlı görülən işlərdən bəhs edib.

Naxçıvana səfərin onda xoş təəssürat yaratdığını bildirən Argentina Szabados muxtar respublikada insan alverinə qarşı mübarizə sahəsində görülən işlərin məmnunluq doğurduğunu bildirib. Qonaq təmsil etdiyi təşkilatla Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafının vacibliyini diqqətə çatdırıb.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə ölkə direktoru Mikaela Meredis və Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Draqana Filipoviç görüşdə iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.