SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

A+ A

Naxçıvan, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının ölkəmizdəki səfiri İsmail Alper Coşkunla görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri səfirin ölkəmizdəki diplomatik fəaliyyətini uğurla başa çatdırdığını, ötən dövrdə hər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdiyini bildirib. Azərbaycan-Türkiyə əlaqələrinin soykök və ortaq dəyərlər üzərində qurulduğunu bildirən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasındakı münasibətlərin əhəmiyyətini vurğulayıb.

Ali Məclisin Sədri qarşılıqlı əlaqələrin inkişafındakı xidmətlərinə görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Naxçıvanda olmaqdan məmnunluğunu bildirən İsmail Alper Coşkun Türkiyə-Azərbaycan əlaqələrindən danışıb, göstərilən xoş münasibətə və fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlıq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.