SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avstraliya İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsenlə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Ali Məclisin Sədri onun Naxçıvana səfərinin əhəmiyyətini qeyd edib və ölkələrimiz arasındakı münasibətlərdən danışıb. Muxtar respublikanın inkişafı sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Avstraliya İttifaqı arasında qarşılıqlı əlaqələrin yaradılması üçün potensialın olduğunu bildirib.

Göstərilən diqqətə görə minnətdarlıq edən Ceyms Martin Larsen Naxçıvanda olmaqdan məmnunluğunu bildirib. Qonaq Avstraliya İttifaqının Azərbaycanın siyasətini dəstəklədiyini və ikitərəfli münasibətlərin inkişaf etdiyini bildirib, Naxçıvana səfərin əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.