Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının fəaliyyətinin təşkili ilə bağlı müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, muxtar respublika Ali Məclisi Aparatının rəhbəri, Ali Məclisin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının və Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının sədr müavini Əli Həsənov, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov və Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli müzakirə olunan məsələ ilə bağlı məlumat veriblər.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının yaradılmasının əhəmiyyətini vurğulayıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 23 avqust tarixli Fərmanı ilə elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika mükafatları təsis edilib, Mükafat Komissiyası yaradılıb, Komissiyanın Əsasnaməsi və tərkibi müəyyənləşdirilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 4 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu yaradılıb, Fondun Nizamnaməsi və Himayəçilik Şurasının tərkibi təsdiq edilib. Mükafat Komissiyasının yaradılmasının məqsədi Naxçıvan Muxtar Respublikasında ən yaxşı əsərləri qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq etməkdən, Bilik Fondunun yaradılmasında isə məqsəd muxtar respublika əhalisini maarifləndirmək, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaqdan, Naxçıvanşünaslığın öyrənilməsindən, milli-mənəvi və dini dəyərlərin təbliğindən ibarətdir.

Ali Məclisin Sədri muxtar respublika əhalisinin həm maarifləndirilməsi, həm də biliklərinin artırılması baxımından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Bilik Fondunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirib, qarşıda duran vəzifələrin icrası ilə bağlı tapşırıqlar verərək deyib: Fond muxtar respublika əhalisinin maarifləndirilməsi məqsədilə tədbirlər təşkil etməli, əhaliyə dolğun biliklər çatdırmalıdır. Həmçinin Naxçıvanşünaslığın mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etməlidir. Xeyriyyə marafonlarının və mədəni-kütləvi tədbirlərin keçirilməsi Bilik Fondunun fəaliyyət istiqamətlərindən olmalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu ilə birlikdə gənclərlə işin təşkili üçün tədbirlər planı hazırlanmalıdır. Gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək verilməlidir. Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə təhlil və tədqiqatların aparılmasına da xüsusi yer ayırmalı, dövlət siyasətinin mahiyyəti ilə bağlı materialların hazırlanaraq mətbuatda yayılmasını diqqətdə saxlamalı, elmi konfranslar, seminarlar, “dəyirmi masa”lar və disputlar təşkil etməlidir.

Qeyd olunub ki, Bilik Fondu dövlət və yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərməli, ehtiyac yarandıqda müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etməlidir. Fond təbliğat xarakterli materialların çap olunmasını, kitabların, analitik materialların hazırlanmasını və yayılmasını, eləcə də müvafiq tələblərə cavab verən əsərlərin Mükafat Komissiyasına təqdim olunmasını təmin etməlidir. Fondun Himayəçilik Şurası Fondun fəaliyyət istiqamətlərinə uyğun layihə və tədbirlərin həyata keçirilməsi üçün təkliflər hazırlamalı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etməlidir. Eyni zamanda, Fondun ilin sonunadək olan dövr üçün iş planı hazırlanmalı, kargüzarlıq işlərinin aparılması və qəbul edilən qərarların icrası təmin edilməlidir.

Elmi əsərlərin qiymətləndirilməsi və yaradıcı ziyalıların fəaliyyətinin stimullaşdırılması baxımından Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının da üzərinə mühüm vəzifələr düşdüyünü bildirən Ali Məclisin Sədri deyib: Komissiya ilkin olaraq zəruri təşkilati işlər görməli, elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələri üzrə ən dəyərli əsər, yaxud layihələrin seçilməsinə ciddi yanaşmalı və tələbkar olmalıdır. Diqqət yetirmək lazımdır ki, mükafata təqdim edilən əsərlər elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlər olsun. Onlar fundamental və tətbiqi elmi araşdırmaların nəticələrini özündə əks etdirməlidir.

Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, dövlət idarə və təşkilatları, ali təhsil müəssisələri mükafat üçün təqdim edilən əsəri ciddi müzakirə etməlidirlər. Fundamental və tətbiqi elmlərə aid əsərlər ali məktəblərin elmi şuralarında, bədii əsərlər isə yaradıcılıq birliklərində müzakirə edildikdən sonra Komissiyaya təqdim olunmalıdır. Ali təhsil müəssisələri bu sahəyə ciddi yanaşmalı, elmi işlərin hazırlanmasına diqqəti artırmalıdır.

Bəzi hallarda ali məktəblərin elmi şuraları ciddi müzakirə aparmadan əsərlərin çap olunmasına razılıq verirlər. Bu sahədəki nöqsanlar aradan qaldırılmalı, elmi əsərlərin yazılmasına tələbkarlıq artırılmalıdır. Əsərlərin Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasına vaxtında təqdim edilməsi də diqqətdə saxlanılmalıdır. Təqdim edilmiş əsərlərlə bağlı prosedurlara ciddi əməl olunmalı, mükafatlandırılacaq əsərlər vaxtında müvafiq müzakirələrdən keçirilməli, 2015-ci ilin sonunadək Komissiyaya təqdim edilməlidir.

Ali Məclisin Sədri deyib: Naxçıvanın elmi potensialı böyükdür. Bu potensialı daha da inkişaf etdirmək, rus, ingilis və ərəb dillərində xarici ölkələrdə çap olunmuş elmi-kütləvi və bədii ədəbiyyatla muxtar respublika oxucularını, habelə bu sahədə muxtar respublikada əldə olunmuş nailiyyətlərlə xarici ölkə oxucularını tanış etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində tərcümə sektorunun yaradılması zəruridir. Ali Məclisin Aparatı bununla bağlı təklifləri ümumiləşdirib qısa müddətdə təqdim etməlidir. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi qanunvericiliyə uyğun olaraq elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları üçün vəsaitin ayrılmasını təmin etməlidir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Mükafat Komissiyası ilə birlikdə Naxçıvan Muxtar Respublika mükafatları qalibinin diplomunun nümunəsini hazırlayıb qısa müddətdə Ali Məclisin Sədrinə təqdim etməlidir.

Ali Məclisin Sədri yeni yaradılan hər iki qurumun – Bilik Fondunun və Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının üzvlərinə qarşıya qoyulmuş vəzifələrin icrasında uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb