SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri ilə görüşüb

A+ A

Naxçıvan, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb, ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini bildirib. Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi tərəfindən həyata keçirilən tədbirlərdən danışan Ali Məclisin Sədri Robert Sekutanın səfərinin əhəmiyyətini qeyd edib.

Göstərilən səmimi münasibətə görə minnətdarlıq edən Robert Sekuta Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib. Qonaq səfərinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın əsas ərazisindən təcrid olunan Naxçıvan Muxtar Respublikası ilə yaxından tanışlıq məqsədi daşıdığını bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.