SİYASƏT
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İsrailin ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvan, 23 may, AZƏRTAC
Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Dan Stavın muxtar respublikaya ötən səfərini və bu zaman səmərəli danışıqların aparıldığını xatırlatdı.
Ali Məclisin Sədri İsrail dövlətinin Azərbaycanla faydalı əməkdaşlığından və bunun Naxçıvanla müxtəlif sahələrdə əlaqələrin inkişafına verdiyi töhfədən danışdı.
Səmimi qəbula görə minnətdarlıq edən Dan Stav Naxçıvana növbəti səfərinin və əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğuladı. Diplomat səfər müddətində keçirəcəyi görüşlərin əməkdaşlıq üçün yeni imkanlar açacağını qeyd etdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [16:00]
BMTM-in nümayəndə heyəti Koreya Respublikasında bir sıra görüşlər keçirib
- 19.03.2024 [08:26]