SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Niderlandın ölkəmizdəki səfiri ilə görüşüb

Naxçıvan, 1 iyun, AZƏRTAC

İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Onno Kervers ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Niderland Krallığının ölkəmizdəki səfirlərinin 2012-ci ildən etibarən muxtar respublikaya mütəmadi səfər etdiklərini və bunun nəticəsi olaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Niderland Krallığı arasında iqtisadi-ticarət əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Hazırda iqtisadi-ticarət əlaqələrinin davam etdirildiyini bildirən Ali Məclisin Sədri kənd təsərrüfatı texnikalarının, tibbi avadanlıqların və dərman vasitələrinin alınması sahəsindəki əməkdaşlıqdan danışıb.

Söhbət zamanı Ali Məclisin Sədri ali təhsil müəssisələri arasında, eləcə də kənd təsərrüfatı sahəsində əlaqələrin yaradılmasının əhəmiyyətini vurğulayıb, səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Onno Kervers Nuhun vətəni qədim Naxçıvana ilk dəfə səfər etdiyini və burada olmaqdan məmnunluğunu ifadə edib. Niderland Krallığının Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini və mövcud əməkdaşlığın səmərəli olduğunu diqqətə çatdıran səfir ikitərəfli münasibətlərin inkişafında səylərini artıracağını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.