SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri səs verib

A+ A

Naxçıvan, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” 2016-cı il 26 iyul tarixli Sərəncamına uyğun olaraq sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi (referendum) keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvanda seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb, muxtar respublika üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsi yaradılıb, 271 min 939 aktiv seçki hüququna malik seçici qeydə alınıb. Seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı 4003 nəfərdir. Seçki məntəqələrində seçicilərin öz iradələrini sərbəst və müstəqil şəkildə ifadə etmələri üçün lazımi şərait yaradılıb, veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib.

Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb. Məlumat verilib ki, 4-15 saylı seçki məntəqəsində 1495 seçici qeydə alınıb. Sakinlər rahat və sərbəst şəkildə öz iradələrinə uyğun olaraq səs verirlər. Saat 11:00-a olan məlumata əsasən seçicilərin 29 faizi seçkidə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.