Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları üçün müasir iş şəraiti yaradılıb

Naxçıvan, 19 sentyabr (AZƏRTAC). Sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin inzibati binası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, ötən əsrin 30-cu illərində tikilən və ümumi sahəsi 1092 kvadratmetr olan bina əvvəlki görkəmi saxlanılmaqla yenidən qurulub. Orijinal arxitektura quruluşu ilə seçilən bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir.

Yenidənqurma işləri zamanı binanın interyeri müasir dizayn elementləri ilə zənginləşdirilib, yeni işıqlandırma, istilik və havalandırma sistemləri qurulub. Zirzəmi qatında laboratoriya, arxiv, kitabxana, bufet, qazanxana və digər yardımçı otaqlar vardır. Binanın birinci və ikinci mərtəbələrində isə zəruri mebel avadanlıqları ilə təchiz olunan iş otaqları və 50 yerlik iclas zalı yerləşir. Otaqlarda idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılıb, kompyuter dəstləri quraşdırılıb və internetə çıxış təmin olunub. Bu da nazirliyə daxil olan məlumat və müraciətlərin daha operativ qəbuluna, digər qurumlarla elektron sənəd mübadiləsinin həyata keçirilməsinə, eləcə də əməkdaşların fəaliyyət sahələrinə uyğun ətraflı informasiya toplamasına şərait yaradacaqdır.

Laboratoriyaya baxış zamanı məlumat verilib ki, burada kənd təsərrüfatı bitkilərindən götürülmüş nümunələrin texniki göstəricilərini təyin etməyə imkan verən təcrübə avadanlıqları quraşdırılıb. Müasir laboratoriya avadanlıqları toxumun keyfiyyət göstəricilərini, məhsuldarlığını, nəmlik faizini, cücərmə qabiliyyətini əvvəlcədən yoxlamağa imkan verəcəkdir. Laboratoriyada qoyulan səyyar təcrübə avadanlığı isə əkin sahələrində toxumların texniki göstəricilərinin təyin edilməsində istifadə olunacaqdır.

Kitabxanaya kənd təsərrüfatına aid elmi ədəbiyyatlar, muxtar respublikanın əkin atlasları qoyulub, zəngin fond yaradılıb. Bu da əməkdaşların biliklərinin artırılmasına və nəzəri cəhətdən daha da zənginləşdirməsinə imkan verəcəkdir.

Bina ilə tanışlıqdan sonra keçirilən açılış tədbirində Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev çıxış edərək deyib ki, son 18 ildə muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq aparılan meliorasiya, irriqasiya tədbirləri, torpaq mülkiyyətçilərinə göstərilən lizinq xidməti, soyuducu anbarların yaradılması, istixanaların qurulması, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının dinamik inkişafına stimul verib. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, cari ilin məhsulu üçün 60 min 829 hektar sahədə əkin keçirilib. Ümumi əkin sahəsinin 59 faizini taxıl əkini təşkil edib, sahələrdən 103 min tondan artıq məhsul yığılıb. Ümumilikdə, 2014-cü ilin 8 ayında kənd təsərrüfatının ümumi məhsulu 232 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artıqdır. Hazırda muxtar respublikada 12 istixana, 19 soyuducu anbar, 62 quşçuluq, 10 balıqçılıq təsərrüfatı, 4 ət, 2 süd, 1 gön-dəri emal edən, 1 balıq konservi hazırlayan, eləcə də balın emalı və qablaşdırılması ilə məşğul olan müəssisələr fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasının yenidənqurma işlərindən sonra istifadəyə verildiyini bildirib, bu münasibətlə kollektivi təbrik edərək deyib: Bu gün ölkəmizdə aqrar sahədə həyata keçirilən tədbirlər kənd təsərrüfatının inkişafına təkan verib, uğurlu nailiyyətlər qazanılıb. Azərbaycan Prezidentinin Fərman və sərəncamları ilə təsdiq edilən Dövlət proqramları, qəbul olunmuş qərarlar bu sahədə işlərin düzgün təşkilinə, kənd təsərrüfatının kompleks inkişafına səbəb olub, eləcə də kənd əməkçiləri üçün əlverişli şərait yaradılıb.

Ali Məclisin Sədri deyib: Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə kənd təsərrüfatı sahəsində həyata keçirdiyi islahatlar bu gün öz bəhrəsini verməkdədir. Həmin dövrdə Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə ilk dəfə olaraq muxtar respublikada torpaq islahatına başlanılıb, torpaqlar, zərərlə işləyən kolxoz və sovxozlar ləğv olunaraq özəlləşdirilib, kənd təsərrüfatının inkişafı yeni modeldə, torpaq mülkiyyətçiləri və fermerlərin yaradılması yolu ilə aparılıb. Ölkəmizə rəhbərliyi dövründə də Ümummilli Lider aqrar sektorun inkişafına hərtərəfli qayğı göstərib. Bu gün dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi xəttin davam etdirilməsi digər sahələrlə yanaşı, kənd təsərrüfatının da inkişafına səbəb olub. Kənd təsərrüfatının inkişafına mütəmadi dövlət dəstəyinin göstərilməsi, bu sahədə çalışanların əməyinin qiymətləndirilməsi, bol məhsul istehsalına və bunun nəticəsi olaraq ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verib.

“Hər bir ölkənin müstəqil inkişafını şərtləndirən əsas amillərdən biri də ərzaq təhlükəsizliyinin təmin olunmasıdır”, - deyən Ali Məclisin Sədri bildirib ki, bu gün ölkəmizdə qəbul olunmuş dövlət proqramlarının icrası və həyata keçirilən digər tədbirlər kənd təsərrüfatının ardıcıl inkişafını təmin edib. Naxçıvan Muxtar Respublikası da Azərbaycanın tərkib hissəsi olaraq yaradılan bu şəraitdən bəhrələnir, muxtar respublika aqrar region kimi inkişaf edir. Bu gün muxtar respublika əhalisinin 70 faizi kənd təsərrüfatı ilə məşğul olur. Muxtar respublikanın 550 min hektar ərazisinin 164 min hektarı kənd təsərrüfatına yararlıdır. 164 min hektar kənd təsərrüfatına yararlı ərazinin isə cəmi 52 min hektarı əkinəyararlıdır. Əkinəyararlı torpaqların məhdud olması onlardan səmərəli istifadəni zəruri edir. Ona görə də torpaqların məhsuldarlığının yüksəldilməsi, mütərəqqi əkin və suvarma metodlarından istifadə daim diqqət mərkəzində saxlanılmalıdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada kənd təsərrüfatının inkişafı üçün lazımi şərait yaradılıb. Hazırda muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması və intensiv amillər hesabına məhsuldarlığın yüksəldilməsinə xüsusi diqqət yetirilir. Son illər yeni su anbarlarının tikilməsi, müasir suvarma sistemlərinin qurulması, məhsuldar toxum sortlarının muxtar respublikaya gətirilməsi, əkin sahələrinin genişləndirilməsi, torpaq mülkiyyətçilərinin və fermerlərin hərtərəfli qayğı ilə əhatə olunması əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə səbəb olub.

Qeyd edilib ki, 1946-cı ildən fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyi də öz işini muxtar respublikada aqrar sahənin inkişafı istiqamətində qurub. Bu gün Kənd Təsərrüfatı Nazirliyində və onun struktur qurumlarında çalışanlar üçün lazımi iş şəraiti yaradılıb. Nazirliyin tabeliyində Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsi, eləcə də Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyi fəaliyyət göstərir.

Kənd Təsərrüfatı Nazirliyinin qarşısında mühüm vəzifələr durduğunu bildirən Ali Məclisin Sədri deyib: Muxtar respublikada torpaqların rayonlaşdırılmasının tətbiqini genişləndirmək, əkin atlaslarına müvafiq olaraq əkinləri təşkil etmək, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, damazlıq işinin inkişafına çalışmaq, mütərəqqi əkin və suvarma metodlarını tətbiq etmək, torpağın münbitliyinin artırılması üçün tədbirlər görmək, gübrələrdən düzgün istifadəyə nəzarəti təşkil etmək, iqlim və torpaq şəraitinə uyğun olan toxum, eləcə də ənənəvi toxum sortlarının bərpasını təmin etmək, toxum təminatını yaxşılaşdırmaq və bütün bunların son nəticəsi olaraq muxtar respublika əhalisinin ərzaq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsinə nail olmaq qarşıda duran əsas vəzifələrdir. Yaradılan şərait və göstərilən qayğı qarşıya qoyulan vəzifələrin layiqincə icrasına imkan verəcəkdir.

Ali Məclisin Sədri bu vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri Kənd Təsərrüfatı Nazirliyinə 1 ədəd “Opel Antara” markalı avtomobilin açarını təqdim edib.

Binanın həyətində də abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub, gül-çiçək əkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib