REGİONLAR


Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində təcrübə keçən tələbələrlə görüş olub

A+ A

Naxçıvan, 21 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində təcrübə keçən Naxçıvan Dövlət Universitetinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının III kurs tələbələri ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Naxçıvanda ixtisaslı kadrların hazırlanması zamanı təcrübi biliklərin əhəmiyyətindən və yeni texnologiyaların tətbiqinin yaratdığı imkanlardan söhbət açılıb.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamla Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Texniki Kollecinin bir sıra ixtisasları Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Müvafiq ixtisaslarda təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirilir, onların ixtisaslara daha dərindən yiyələnmələri üçün köməklik göstərilir.

“Məqsədimiz gələcəkdə muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışacaq kadrların daha peşəkar yetişməsi, ixtisasın sirlərinə dərindən yiyələnməsi, eyni zamanda, bu sahənin müasir cəmiyyətdə nə qədər lazımlı, ehtiyac duyulan sahə olduğunu tələbələrə aşılamaqdır”, – deyən nazir bildirib ki, son bir ildə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə və struktur bölmələrinə 50-dən artıq gənc kadr cəlb olunub. Bu gün nazirlikdə istehsalat təcrübəsində fəal iştirak edən və təhsil müəssisələrində yaxşı nəticələr göstərən tələbələr təhsillərini başa vurduqdan sonra işlə təmin olunmaq üçün nazirliyə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.