Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin konfransı keçirilib

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin konfransı keçirilib

Naxçıvan, 4 may, Rauf Əliyev, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfransın gündəliyində duran məsələlər barədə məlumat verib.

Bildirilib ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 5 illik fəaliyyətinə dair hesabatı dinləniləcək, daha sonra təşkilatın yeni İdarə heyətinin üzvləri və qurumun sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcək.

Konfransın gündəliyi yekdilliklə qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, 1971-ci ildən fəaliyyət göstərən Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı 2000-ci ildə müstəqil yaradıcılıq qurumuna – Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə çevrilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi konfranslararası dövrdə yaradılan şəraitdən səmərəli istifadə etməyə çalışıb. Hesabat dövründə muxtar respublikada beynəlxalq festivalların təşkili də diqqətdə saxlanılıb. Belə ki, 2012-ci ildə “Naxçıvan – bəşəriyyətin beşiyi” I Beynəlxalq Rəsm Festivalı, 2014-cü ildə isə II Beynəlxalq Rəsm Festivalı keçirilib. Yüksək səviyyədə keçirilən festivallarda müxtəlif ölkələrdən rəssamlar iştirak ediblər.

Ülviyyə Həmzəyeva diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri son beş il ərzində bir çox xarici ölkələrdə keçirilən sərgilərdə, festivallarda və müsabiqələrdə iştirak ediblər. Bu ölkələrin siyahısına Bolqarıstan, Fransa, İran, Türkiyə, ABŞ, Portuqaliya, Çin, Avstriya, Rusiya və başqa ölkələr daxildir.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri muxtar respublika rəssamlarına göstərdiyi diqqət və qayğıya görə bütün rəssamlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

İdarə heyətinin yeni tərkibi seçildikdən sonra çıxış edən birliyin İdarə heyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Telman Abdinov deyib ki, ötən 5 il ərzində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə sədrlik etmiş tanınmış rəssam Ülviyyə Həmzəyeva bu müddətdə özünü fəal, işgüzar bir şəxs kimi göstərib. Onun rəhbərliyi ilə son 5 ildə 150-dən çox müxtəlif mövzulara həsr olunmuş festival, sərgi və müsabiqələr keçirilib, Rəssamlar Birliyinin sıraları genişlənərək 52 nəfərə çatıb, üzvlərin tərkibində gənclərə üstünlük verilib. Telman Abdinov Ülviyyə Həmzəyevanın bacarığını, işgüzar qabiliyyətini, təşkilatçılığını nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri vəzifəsinə namizədliyini irəli sürüb, birliyin üzvlərini təklifi dəstəkləməyə çağırıb.

Təklif yekdilliklə dəstəklənib.

Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva ona göstərilən etimada görə birliyin üzvlərinə minnətdarlığını bildirib, etimadı doğrultmaq üçün səylə çalışacağını qeyd edib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Nəzarət-Təftiş Komissiyasının say tərkibi müəyyənləşdirildikdən və komissiya üzvləri seçildikdən sonra konfransın qərar layihəsi oxunub və yekdilliklə qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfransda çıxış edərək deyib ki, Azərbaycanda mədəniyyətin, incəsənətin, o cümlədən təsviri sənətin inkişafı ulu öndər Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Ümummilli Liderimizin Azərbaycana rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə milli mədəniyyətin və təsviri sənətin inkişafında yeni mərhələ başlanıb, incəsənətin inkişafına dövlət qayğısı artıb, yaradıcılıq prosesi geniş vüsət alıb.

Vurğulanıb ki, Ulu Öndərimizin əsasını qoyduğu ənənələrin hazırda Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsi nəticəsində rəssamlığın və təsviri sənətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülüb. 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Bəhruz Kəngərli adına Sərgi Salonu yeni bina ilə təmin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il iyulun 23-də imzaladığı Sərəncam ilə birliyin 40 illik yubileyi keçirilib. Bəhruz Kəngərli Muzeyi yaradılıb, hazırda da Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən rəssamların fərdi yaradıcılıqlarını davam etdirmələri üçün onlar hər cür şəraiti olan emalatxanalarla təmin olunub, öz fəaliyyəti ilə seçilən rəssamlar fəxri adlarla təltif edilib, rəssamların albom-kataloqları nəşr olunub.

Rəhman Məmmədov qeyd edib ki, bütün bunlarla yanaşı, Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində təsviri incəsənət və rəsmxətt, Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət müəllimliyi ixtisasları açılıb, məktəbdənkənar təhsil müəssisələrində isə rəsm dərnəklərinin fəaliyyəti üçün zəruri şərait yaradılıb. Bu qeyd olunanlar bir daha sübut edir ki, muxtar respublikada rəssamlığın inkişafı istiqamətində mühüm işlər görülüb, rəssamların fəaliyyəti üçün zəruri şərait yaradılıb, onlar tam olaraq dövlət qayğısı ilə əhatə olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri bildirib ki, Rəssamlar Birliyi bundan sonra da göstərilən diqqət və qayğının müqabilində fəaliyyətini, xüsusən də rəssamlarla işi daha da gücləndirməli, may ayında keçiriləcək “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalını yüksək səviyyədə təşkil etməli, müxtəlif müsabiqələr keçirməklə gənc istedadların aşkara çıxarılmasına, onların yaradıcılıq potensialının inkişaf etdirilməsinə, Naxçıvan reallıqlarının rəssamlarımızın yaradıcılıqlarında öz əksini dolğun şəkildə tapa bilməsinə çalışmalı, ustad dərslərin keçilməsini davam etdirməlidir. Ümid edirik ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi bundan sonrakı dövrdə fəaliyyətini daha da gücləndirəcək, göstərilən etimadı doğruldacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir