Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilmişdir

Naxçıvan, 20 oktyabr (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və konfrans iştirakçıları əvvəlcə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının foyesində naxçıvanlı şair və yazıçıların, ədəbiyyatşünas alim və tədqiqatçıların əsərlərindən, elmi-kütləvi nəşrlərdən ibarət sərgiyə baxmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov konfransda çıxış edərək demişdir ki, hər bir xalqın həyatında ədəbiyyatın, bədii söz sənətinin mühüm yeri və rolu vardır. 1975-ci ilin oktyabrında keçirilən Azərbaycan ədəbiyyatı günlərində çıxış edən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Tarix tələbkar imtahançıdır. Hökmdarlar, saray əyanları unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları isə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur”.

Ali Məclisin sədri demişdir ki, ədəbiyyatın ən böyük amalını və tarixi missiyasını mənsub olduğu xalqa xidmətdə görən ümummilli liderimiz hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan ədəbiyyatının inkişafına çalışmış, yaradıcı ziyalıları himayə etmiş, sağlam ədəbi mühitin yaradılmasını bir nömrəli vəzifələr sırasına çəkmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq həyata keçirilən bu tədbirlər sayəsində ədəbiyyatımız özünün yeni inkişaf mərhələsinə qalxmış, yaradıcı insanlar hərtərəfli müdafiə imkanı qazanmış, repressiya qurbanlarının əsərlərinə isə “ikinci həyat” verilmişdir.

Bildirilmişdir ki, Azərbaycan ədəbiyyatının qorunması və təbliği məqsədi ilə ulu öndərin ölkəmizdə birinci dəfə hakimiyyətdə olduğu 1969-1982-ci illərdə 87 muzey, o cümlədən görkəmli şair və yazıçıların ev-muzeyləri yaradılmış, monumental abidələri ucaldılmış, keçmiş ittifaq miqyasında yubileyləri keçirilmişdir. Bütün bunlar bir tərəfdən həmin dövrün qapalı Sovet cəmiyyətində Azərbaycan ədəbiyyatını və mədəniyyətini tanıtmaq və təbliğ etmək məqsədi daşıyırdısa, digər tərəfdən Azərbaycan ədəbi mühitində yeni ab-hava yaratmaq, tarixi yaddaşı, xalqımızın adət-ənənələrini bərpa etmək, yeni milli ədəbi qüvvələr yetişdirmək kimi strateji məqsədə xidmət edirdi. Bu məqsəd, şübhəsiz ki, Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı. O dövrdə xalqın siyasi iradəsini azadlıq və suverenlik idealları ətrafında cəmləşdirməyin bir yolu da bədii ədəbiyyatdan keçirdi. Ona görə də bədii ədəbiyyat xalqın milli mənafeyinə uyğunlaşdırılır, tarixi yaddaşı oyadan “Dədə Qorqud”, “Babək” kimi bədii filmlər çəkilərək geniş tamaşaçı auditoriyasına çıxarılırdı.

Ali Məclisin sədri demişdir: “Nəzərə almaq lazımdır ki, ədəbiyyatda, bütövlükdə siyasi mühitdə sovet ideologiyasının, sosializm realizmi metodunun hökmranlıq etdiyi bir məkanda bu tədbirləri həyata keçirmək kifayət qədər riskli məsələ idi. Buna baxmayaraq 70-80-ci illərin Azərbaycanında milli mənlik şüurunun yetişdirilməsinə xidmət edən yaradıcılıq məhsulları bütün vasitələrlə təqdir və təbliğ olunurdu. Bu dövrdə ədəbiyyatın əsas vəzifəsi bir məqsədə tabe etdirilmişdi: xalqı öz ardınca irəli aparmaq. Ulu öndərimiz ədəbiyyatımızın bu vəzifənin öhdəsindən gəldiyini xüsusi vurğulayaraq deyirdi: “Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa, xalqı irəli aparmağa çalışmışlar. Milli özünüdərk, milli dirçəliş prosesləri xalqımıza birinci növbədə ədəbiyyatdan keçib”.

Ali Məclisin sədri qeyd etmişdir ki, artıq uzun əsrlər boyu Azərbaycan ədəbiyyatında tərənnüm olunan və xalqın ürəyində yaşadılaraq nəsildən-nəslə ötürülən dövlət müstəqilliyi arzudan həqiqətə çevrilmişdir. Artıq 21 ildir ki, dövlət müstəqilliyi şəraitində yaşayırıq. İndi əsas məqsəd müstəqilliyimizi qorumaq, onun əbədiliyinə nail olmaqdan ibarətdir. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə - istər sosial-iqtisadi, istər ictimai-mədəni, istərsə də ordu quruculuğunda ardıcıl tədbirlər görülür.

“Müstəqillik dövrünün özünəməxsus ədəbiyyatı olmalıdır”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, bu dövr əvvəlki dövrlərdən tamamilə fərqlənir. Əsas fərq bundan ibarətdir ki, sovetlər birliyi dövründəki kimi indi ədəbiyyatın üzərində senzura yoxdur. Müxtəlif mövzular üzrə dövlət sifarişləri aradan qaldırılmış, mövzu seçimində tam sərbəstlik verilmişdir. İkinci fərq budur ki, bu gün bədii yaradıcılıqda “Vətən” anlayışı öz real məzmununa qovuşmuş, Azərbaycan müstəqil dövlət olmuşdur. Əgər əvvəllər şair və ya yazıçı “Vətən” deyərkən fikrində xəyali sərhədlər cızır və ya keçmiş sovetlər birliyini nəzərdə tuturdusa, bu gün real sərhədlər hüdudunda müstəqil Azərbaycanımız – öz doğma Vətənimiz mövcuddur. Buna baxmayaraq mövzu seçimində sanki bir çətinlik yaranmışdır. Muxtar respublika Yazıçılar Birliyinin bəzi üzvləri əksər hallarda sönük lirikaya üstünlük verir, yubiley və ya təqvim şeirləri yazır, ədəbiyyatın, şeirin ali missiyasını yaddan çıxarırlar. Bu, bir tərəfdən kitab çapında sərbəstlik yaradılmasından irəli gəlirsə, digər tərəfdən Yazıçılar Birliyinin zəif işinin nəticəsidir. Birlik öz üzvlərinin yaradıcılığını yaşadığımız dövrün vəzifələrinə səfərbər etməyi bacarmalıdır.

Ali Məclisin sədri demişdir: “Bəzən polemika açılır ki, müstəqillik dövrünün ədəbiyyatı necə olmalıdır? Bu dövrün ədəbiyyatı birinci növbədə vətənpərvər ədəbiyyat olmalıdır. Ədəbi məhsullarda “Vətən” sözünü çox işlətməklə vətənpərvərlik mövzusunda ədəbiyyat yaratmaq mümkün deyil. Vətənpərvərlik yazıçı və ya şairin yaradıcılığının bütün mahiyyətini ifadə etməli, vətəndaşlıq duyğusunun daşıyıcısına çevrilməlidir. XIX əsrin böyük rus şairi Nekrasov vətəndaşlıq borcunu unudanlara “Sən şair olmaya bilərsən, lakin vətəndaş olmağa borclusan” – deyirdi. Naxçıvan ədəbi mühitinin yetirməsi, görkəmli şair Məmməd Araz da yaradıcı insanları layiqli vətəndaş olmaq üçün “vətən daşı” olmağa səsləyir və yazırdı ki, “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”. Yazıçı və vətəndaş mövzusu həmişə aktual olmuşdur və bu gün də aktualdır. Yazıçı, dramaturq və şairlərimiz müstəqil və qüdrətli dövlətimizin layiqli vətəndaşları kimi fəal mövqedə dayanmalı, hadisələrə münasibətdə ortaya ziyalı mövqeyi qoymalıdırlar.

Ciddi problemlərdən birinin də bədii tərcümə ilə bağlı olduğunu bildirən Ali Məclisin sədri demişdir ki, bu olmadan bədii əsərləri tərcümə edib yaymaq mümkün deyil. Muxtar respublikada elmi və publisistik əsərlərin, tarixi mövzuda yazılmış kitabların tərcüməsi sahəsində müəyyən təcrübə vardır. Lakin istər klassik, istərsə də müasir bədii əsərlərin tərcüməsi sahəsində boşluq qalmaqdadır. Muxtar respublikada xarici dillərdən birbaşa tərcümə ilə məşğul olan yazıçı və şairlərin olmasını əsas götürərək Yazıçılar Birliyi nəzdində bədii tərcümə mərkəzi yaratmaq mümkündür.

Qeyd olunmuşdur ki, uşaq ədəbiyyatının inkişafı ilə bağlı ayrıca tədbirlər planı hazırlanmalı, bu məsələ ciddi nəzarətə götürülməlidir. Son 5 ildə muxtar respublikada uşaqlar üçün cəmi 10 kitabın nəşr olunması, bunların isə böyük bir qisminin uşaq ədəbiyyatı üçün qoyulan tələblərə cavab verməməsi qeyd olunan sahədə zəif işin nəticəsidir. 2010-cu ildə Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən tədbirdə Yazıçılar Birliyinə tapşırmışdıq ki, yaradıcı ziyalıların qüvvəsindən istifadə etməklə muxtar respublikada uşaq ədəbiyyatının inkişafına nail olsun. Bundan sonra uşaq ədəbiyyatının aktual məsələləri ilə bağlı bir müşavirə keçirilmiş, həqiqətdə isə mövzu kifayət qədər aktuallaşdırılmamışdır. Uşaq ədəbiyyatı uşağın formalaşmasında mühüm rola malikdir. Bu ədəbiyyat böyüməkdə olan gənc nəslin etik və estetik tərbiyəsinə istiqamət verməli, onları xalqımızın malik olduğu milli dəyərlər, qəhrəmanlıq, düzlük, əməksevərlik və vətənpərvərlik ruhunda tərbiyə etməlidir. Yazıçılar Birliyi uşaq ədəbiyyatının ən yaxşı nümunələri üçün müsabiqələr keçirməli, bu sahədə fəaliyyət günün tələbləri səviyyəsində qurulmalıdır.

Ali Məclisin sədri demişdir: “Bu gün muxtar respublikanın rayonlarında və kəndlərində yaşayan ədəbi qüvvələrlə, eləcə də rayonlardakı ədəbi birliklərlə və Yazıçılar Birliyinin gənclər bölməsi ilə iş tələb olunan səviyyədə deyil. İşdə dönüş yaratmaq, muxtar respublikanın digər yaradıcılıq təşkilatları ilə əlaqələri gücləndirmək lazımdır. Yazıçılar Birliyinin muxtar respublikada fəaliyyət göstərən teatrlarla, o cümlədən xalq teatrları ilə əməkdaşlığı möhkəmləndirilməli, repertuar seçimində yerli ədəbi qüvvələrə üstünlük verilməlidir. Dramaturqlarımız isə müasir tələblərə cavab verən əsərlər yaratmalıdırlar. 15 il əvvəl Yazıçılar Birliyi öz ətrafında 17 şair və yazıçını birləşdirirdisə, hazırda Birlik üzvlərinin sayı 80 nəfərdir. Sovetlər Birliyinin mövcud olduğu bütün dövr ərzində Naxçıvanda yaşayıb-yaradan şair və yazıçıların 150-dək kitabı çap olunmuşdursa, müstəqil dövlət kimi yaşadığımız 21 ildə 600-dən artıq kitab, almanax və tərcümə əsərləri çap olunmuş, “Naxçıvan” jurnalının naxçıvanlı ədəbi qüvvələrə həsr edilmiş xüsusi nömrələri buraxılmışdır.

Müdriklərin “Sənətin, ədəbiyyatın vəzifəsi həyatın surətini çıxarmaq deyil, onu əks etdirməkdir” fikrini xatırladan Ali Məclisin Sədri konfransdan sonra Yazıçılar Birliyinin daha səmərəli fəaliyyət göstərəcəyinə, öz üzvlərinin yaradıcılıq potensialını səfərbər edəcəyinə, müxtəlif janrlarda dəyərli bədii əsərlərin yaradılmasına nail olacağına ümidvar olduğunu bildirmiş, bu yolda Birlik üzvlərinə, bütün yaradıcı ziyalılara uğurlar arzulamışdır.

Sonra Ali Məclisin sədri muxtar respublikada yaşayıb-yaradan gənc yazıçı və şairlərə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlük vəsiqələrini təqdim etmişdir.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev hesabat məruzəsi ilə çıxış etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, ədəbiyyatşünas alim İsa Həbibbəyli Naxçıvan ədəbi mühitinin keçdiyi inkişaf yolundan və mövcud çatışmazlıqlardan danışmışdır.

Sonra konfrans iştirakçıları Naxçıvan ədəbi mühitinin yetirməsi, şair-dramaturq Müzəffər Nəsirlinin “Qönçəbəyim nəğməsi” pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya baxmışlar.

Tamaşadan sonra yaradıcı heyətlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov uğurlu tamaşa münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivini təbrik etmişdir.

Aktyorlar göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmiş, bundan sonra da milli ruhlu uğurlu səhnə obrazları yaradacaqlarını bildirmişlər.

Tamaşaya baxışdan sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı öz işini davam etdirmiş, Asim Əliyev yenidən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri seçilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub