SİYASƏT


Naxçıvan Muxtar Respublikası  Ali Məclisində görüş

Naxçıvan, 6 iyul, AZƏRTAC

İyulun 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufsla görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Azərbaycana səfir təyin olunması münasibətilə Bert Skufsu təbrik edib, ikitərəfli əlaqələrin inkişafında ona uğurlar arzulayıb. Ölkələrimiz arasındakı münasibətlərə uyğun olaraq Naxçıvan-Belçika əlaqələrinin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri iqtisadi-ticarət və əczaçılıq sahəsindəki əməkdaşlıqdan danışıb, təhsil sahəsində əlaqələrin yaradılmasının və iş adamları arasında görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Səfir Bert Skufs səmimi qəbula görə minnətdarlıq edib və Naxçıvana səfərinin mühüm əhəmiyyətə malik olduğunu bildirib. Belçika Krallığı ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin məmnunluq doğurduğunu qeyd edən qonaq hər iki tərəfin maraqları daxilində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.