Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlar davam etdirilir

Şərur, 27 iyul, AZƏRTAC

Naxçıvan qədim tarixə və zəngin mədəniyyətə malikdir. Aparılan araşdırmalar nəticəsində burada tarixi minilliklərə dayanan yaşayış məskənləri aşkar olunub. Xüsusilə, son illər beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyəti Naxçıvan tarixinin açılmamış qatlarını üzə çıxarıb, yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə imkan verib. Kültəpə, Oğlanqala, Ovçular təpəsi və Qız qalası kimi qədim yaşayış yerləri bəşər sivilizasiyasının ilkin dövrünün yadigarlarıdır. Bu tarixi abidələr beynəlxalq ekspedisiyaların da diqqətini cəlb edir. Muxtar respublika ərazisində aparılan arxeoloji tədqiqatlarda dünyanın ayrı-ayrı elm ocaqlarından gəlmiş alim və tədqiqatçılar yaxından iştirak edirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur rayonundakı Qız qalası qədim yaşayış yerinə gəlib, Azərbaycan-Amerika Birləşmiş Ştatları arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri ilə maraqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, arxeoloji ekspedisiyanın rəhbəri Vəli Baxşəliyev məlumat verib ki, Qız qalası yaşayış yerinin Cənubi Qafqaz və Yaxın Şərq arxeologiyası üçün böyük əhəmiyyəti vardır. Son illər bu qədim yaşayış yerinin ətrafında aparılan araşdırmalar zamanı Boyalı qablar mədəniyyətinin Naxçıvanla bağlı olmasına aid yeni faktlar aşkar olunub. Belə faktlardan biri Qız qalası yaşayış yerində zəngin mədəni təbəqənin olması və bu təbəqədən monoxrom və polixrom boyalı qabların aşkar olunmasıdır. Artıq böyük bir sahədə Orta Tunc dövrü təbəqəsi aşkar olunub və həmin dövrə aid yaşayış binalarının qalıqları üzə çıxarılıbdır. Builki tədqiqatlar zamanı həndəsi ornament və heyvan rəsmləri ilə bəzədilmiş boyalı qabların aşkar olunması Naxçıvanın Boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu, Cənubi Qafqazın, o cümlədən Azərbaycanın digər regionlarına boyalı qabların məhz Naxçıvandan yayıldığını təsdiq edir.

Qız qalası yaşayış yerində müdafiə divarının aşkar olunması da ən mühüm faktlardandır. Çünki indiyədək Cənubi Qafqazın Orta Tunc dövrünə aid yaşayış yerlərində müdafiə divarlarının qalıqlarına rast gəlinməyib. Bu dövrə aid yaşayış yerində qala divarlarının qalıqlarına Naxçıvanda II Kültəpə və Şahtaxtında da rast gəlinibdir. 13 hektar sahəsi olan Qız qalası bu abidələrin üçüncüsü və ərazicə ən böyüyüdür. Daha bir mühüm yenilik isə Orta Tunc dövrünə aid kurqanlardan insan skeletinə aid qalıqların aşkar olunmasıdır. Onların tədqiqi Boyalı qablar mədəniyyətinin mənşəyinin müəyyən edilməsində mühüm rol oynayacaqdır. Kurqanların tədqiqi zamanı boyalı qablar, tunc qab, tunc nizə ucluğu, xəncər, obsidian ox ucluqları, tunc iynələr, xeyli miqdarda muncuqlar əldə edilib. Tədqiqatların nəticələri göstərir ki, burada məskunlaşan insanlar Arpaçay vadisi boyunca yüksək dağlıq ərazilərə köç ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri arxeoloji ekspedisiya üzvlərini uğurlu tədqiqatlar və aşkar edilən qiymətli mənbələr münasibətilə təbrik edərək deyib: Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar yalnız bu ərazinin deyil, ümumilikdə bəşər sivilizasiyasının tarixinin öyrənilməsinə xidmət edir. Qədim zamanlarda insanlar ticarət əlaqələri yaratmaqla, bir yerdən digər yerə köç etməklə bugünkü dünya mədəniyyətini yaratmışlar. Bu baxımdan tədqiqatçılar dünya xalqlarının qədim mədəniyyətinin izlərini aşkar etməklə ümumilikdə bəşəriyyətə xidmət etmiş olurlar.

Ali Məclisin Sədri Amerika Birləşmiş Ştatlarından olan alim və tədqiqatçıların Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşları ilə birlikdə arxeoloji tədqiqatlar aparmasının məmnunluq doğurduğunu bildirərək deyib: Bir neçə ildir muxtar respublika ərazisində bu ekspedisiya tərəfindən tədqiqatlar aparılır. Ekspedisiya üzvlərinin Naxçıvanda apardıqları arxeoloji tədqiqatlardan bəhs edən elmi məqalələri razılıq doğurur. Bu məqalələrin Amerika mətbuatında dərc olunması isə Azərbaycanın bir hissəsi olan Naxçıvanın dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ali Məclisin Sədri deyib: Naxçıvan tarixi abidələrlə zəngin bir diyardır. Son illər yeni abidələrin aşkarlanması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Lakin Naxçıvanın qədim mədəniyyətinin aşkar olunması arxeoloqların üzərinə düşən vəzifədir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşları qısa müddət ərzində üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetiriblər. Qız qalası yaşayış yerində aparılan qazıntılar və əldə olunan nəticələr tarixi nailiyyətdir. Qız qalası yaşayış yerindəki tapıntılar o dövr insanlarının mədəniyyəti haqqında ətraflı məlumat verir. Eyni zamanda bütün bunlar o dövrə aid yazılı mənbələri xeyli zənginləşdirəcəkdir.

Amerika Birləşmiş Ştatlarının Emori Universitetinin professoru Hilary Gopnik ekspedisiya üzvlərinin fəaliyyəti üçün yaratdığı şəraitə və göstərdiyi diqqətə görə alim və tədqiqatçılar adından Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: Naxçıvan ərazisində müxtəlif tarixi dövrlərə aid zəngin mədəniyyət formalaşmışdır. Burada tarixi-mədəni irsə diqqətlə yanaşılır, onlar qorunur. Aparılan arxeoloji tədqiqatlar yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə imkan verir. Arxeoloqların elmi tədqiqatlar üçün Naxçıvanı seçməsinin əsas səbəbi də məhz bu amillərdir.

Sonra Ali Məclisin Sədri beynəlxalq arxeoloji ekspedisiyanın üzvləri ilə xatirə şəkli çəkdirib və onlara hədiyyələr təqdim edib.

X X X

Həmin gün Ali Məclisin Sədri Şərur rayonundakı Ovçular təpəsi tarixi abidəsində də olub.

Məlumat verilib ki, Eneolit və Erkən Tunc dövrünə aid olan bu abidənin sahəsi 10 hektara yaxındır. Qazıntılar zamanı Eneolit və Erkən Tunc dövrünə aid dairəvi və dördkünc formalı evlər, müxtəlif maddi-mədəniyyət nümunələrinin qalıqları və təsərrüfat-məişət kompleksi aşkar olunub. Yaşayış evlərinin tikintisində daşdan və çiy kərpicdən istifadə edilib. Burada Eneolit dövrünə aid keramika nümunələrinə də rast gəlinir. Çaxmaq daşı, dən daşları, həvəng dəstələr, tuncdan və sümükdən hazırlanmış əmək alətləri Ovçular təpəsi yaşayış yerində insanların 500-300 min il bundan əvvəl məskunlaşdığını təsdiq edir. Bütün bunlar da bir daha göstərir ki, Arpaçay vadisindəki Ovçular təpəsi yaşayış yeri Kür-Araz mədəniyyətinə aid ən qədim abidədir.

Muxtar respublika ərazisindəki qədim yaşayış yerlərində arxeoloji tədqiqatların və konservasiya işlərinin davam etdirilməsinin vacibliyini vurğulayan Ali Məclisin Sədri bu işlərə gənc tədqiqatçıların cəlb olunmasının əhəmiyyətini qeyd edib, Qız qalası və Ovçular təpəsi yaşayış yerləri haqqında elmi məqalə və kitabların yazılması, o cümlədən aşkarlanan eksponatların sənədləşdirilərək nümayiş etdirilməsi barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb