Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolunda

Naxçıvan, 23 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası artıq 25 ildir ki, blokada vəziyyətində yaşamasına baxmayaraq, özünəməxsus hərtərəfli və dinamik inkişafını muxtariyyətin 90 illiyinin qeyd olunduğu 2014-cü ildə də davam etdirib.İl ərzində muxtar respublika iqtisadiyyatının bütün sahələrində dinamik inkişaf templəri qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları barədə yaydığı məlumatlar da bunu təsdiq edir.

Komitənin məlumatına əsasən, keçən il muxtar respublikada 2 milyard 391 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu da bir il əvvəlki müvafiq göstəricidən 1,3 faiz çoxdur. 2014-cü ildə hər bir nəfərə düşən ÜDM-nin həcmi 2013-cü ilə nisbətən 0,8 faiz artaraq 5465,2 manat səviyyəsində olub.

2013-cü illə müqayisədə 2014-cü ildə sənaye məhsulunun həcmi 2,5 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,9 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 2,3 faiz, o cümlədən ixracın həcmi 1,5 faiz, əhalinin gəlirləri 2,2 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 3,9 faiz artıb.

Müasir texnologiyalarla təchiz olunmuş yeni sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sənaye məhsulunun dinamik artımını təmin edib.

Ötən il muxtar respublikada 891 milyon 486 min manat həcmində sənaye məhsulu istehsal olunub ki, bu da bir il əvvəlki müvafiq göstəricini 2,5 faiz üstələyir. Sənaye məhsulu istehsalının 95,6 faizi malların, 4,4 faizi isə xidmətlərin payına düşüb. Məhsulun 92,6 faizi özəl sektorda istehsal olunub.

Yenicə başa çatan ildə muxtar respublikada dövlət dəstəyi ilə 47 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilib, iqtisadi fəaliyyətin müxtəlif sahələrində 30 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması isə davam etdirilib.

Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərib, 2014-cü ildə 313 milyon 481 min ABŞ dolları dəyərində sənaye məhsulu ixrac olunub.

Muxtar respublikada cəmiyyətin hər bir üzvünün ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi diqqətdə saxlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qəbul edildiyi 2008-ci illə müqayisədə bitkiçilik məhsullarının həcmi 2,4 dəfə artaraq 229 milyon 646 min manata, heyvandarlıq məhsullarının həcmi isə 2,1 dəfə artaraq 125 milyon 511 min manata çatıb.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 260 ədədi 2014-cü ilin yanvar-dekabr aylarında olmaqla, cəmi 1505 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq alınaraq muxtar respublikaya gətirilib. 2014-cü ildə 276 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilib. İl ərzində məhsul istehsalçıları 3867,3 ton mineral gübrə ilə təmin olunub.

Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazası möhkəmləndirilib, Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleksin inşası davam etdirilib. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulub. Hazırda muxtar respublikada 6 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.

Hesabat ilində taxılçılıq əsas əkinçilik sahəsi kimi diqqət mərkəzində saxlanılıb. 2014-cü ilin məhsulu üçün 35749,7 hektar sahədə taxıl əkilib ki, bunun da 26274,1 hektarını buğda, 9475,6 hektarını isə arpa təşkil edib. Bir il əvvələ nisbətdə taxıl əkini sahələrinin həcmi 425,7 hektar artıb. Taxıl zəmilərindən 103 min 70 ton məhsul toplanıb ki, bu da 2013-cü illə müqayisədə 110 ton çoxdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində 2014-cü ildə 6 yeni istixana kompleksi yaradılıb.

Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafının davamlı olaraq dəstəklənməsi iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların baş sayının, ət və süd məhsulları istehsalının həcminin artmasına öz təsirini göstərib. 2014-cü ildə muxtar respublikada 5 heyvandarlıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 1 heyvandarlıq kompleksinin yaradılması üzrə işlər davam etdirilir.

Kənd təsərrüfatının mühüm sahələrindən olan arıçılığın və balıqçılığın inkişafı məqsədilə tədbirlər görülüb, 1 balıqçılıq təsərrüfatının fəaliyyətinin genişləndirilməsi başa çatdırılıb, 1 arıçılıq təsərrüfatının yaradılması davam etdirilib.

Başa çatan ildə muxtar respublikada 9 kəhrizin təmiri yekunlaşıb.

2014-cü ildə meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində 536,5 hektar sahədə meşəsalma və meşə bərpa işləri aparılıb, 440,7 min ədəd ağac və bəzək kolları əkilib.

Ötən il muxtar respublikada infrastruktur quruculuğu istiqamətində əsas kapitala 924 milyon 629 min manat həcmində investisiya yönəldilib ki, bunun da 806 milyon 943 min manatı və ya 87,3 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Bu müddətdə muxtar respublikada 296 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 153 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.

Həyata keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri muxtar respublikanın bütün inzibati ərazisini, o cümlədən ucqar yaşayış məntəqələrini də əhatə edir. 2014-cü ildə 8 kənd mərkəzi istifadəyə verilib, 8 kənd mərkəzinin inşası davam etdirilib. Bundan əlavə, bu dövr ərzində 1 şəhər mərkəzi istifadəyə verilib.

Hesabat ilində muxtar respublikada 4 yaşayış binasının tikintisi, 6-sının yenidən qurulması, 2-nin əsaslı təmiri, 6-sının təmiri başa çatdırılıb, 4-nün tikintisi, 4-nün yenidən qurulması, 1-nin əsaslı təmiri, 1 yaşayış binasının isə təmiri davam etdirilib. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin tikintisi davam etdirilib, yeddi yaşayış binasında istilik xətlərinin yenidən qurulması, doqquz binada istilik xətlərinin təmiri başa çatdırılıb.

Yerli istehsal sahələrinin inkişafı nəticəsində 2014-cü ildə muxtar respublikada 352 növdə məhsul istehsal olunub. Bu məhsulların 117 növü ərzaq, 235 növü qeyri-ərzaq məhsullarıdır. 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 336 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilib.

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi sayılan sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilməklə iqtisadiyyatın davamlı inkişafı təmin olunub. İl ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 33 milyon 548 min 500 manat təşkil edib. Ümumilikdə, 2014-cü ildə muxtar respublikada bank və kredit təşkilatları tərəfindən iqtisadiyyatın bütün sahələri üzrə təsərrüfat subyektlərinə 54 milyon 457 min manat həcmində kreditlərin verilməsi təmin edilib ki, bu da 2013-cü ildəki müvafiq göstəricidən 9,4 faiz çoxdur. 2014-cü ildə muxtar respublikada 22 hüquqi və 2796 fiziki şəxs qeydiyyata alınıb.

Muxtar respublika iqtisadiyyatının dinamik inkişafı üzrə həyata keçirilən mühüm tədbirlər nəticəsində əhalinin rifah halı yaxşılaşıb və alıcılıq qabiliyyəti daha da yüksəlib. 2014-cü ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 331 milyon 581 min manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib ki, bu da bir il əvvəlki göstəricidən 1,4 faiz çoxdur.

Muxtar respublika iqtisadiyyatının şaxələndirilməsi və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb. 2014-cü ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 517 milyon 427 min ABŞ dollarına çatıb ki, bu da bir il əvvəlki müvafiq göstəricidən 1,1 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 408 milyon 640 min ABŞ dollarını və ya 79 faizini ixrac, 108 milyon 787 min ABŞ dollarını və ya 21 faizini isə idxal təşkil edib. Bu müddətdə 299 milyon 853 min ABŞ dolları həcmində müsbət saldo yaranıb. Son bir il ərzində ixracın həcmi 1,5 faiz artıb, idxalın həcmi isə 0,7 faiz azalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə muxtar respublikanın sosial-iqtisadi inkişafını, burada görülən genişmiqyaslı işləri yüksək qiymətləndirib. Dövlətimizin başçısı deyib: “Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır. Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.

AZƏRTAC-ın Naxçıvan Muxtar

Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO