Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikasında çəltikçiliyin inkişafı üçün münbit şərait var

Naxçıvan, 26 avqust, Rauf Əliyev, AZƏRTAC

Naxçıvanda çəltikçiliyin inkişafı üçün münbit şərait var. Muxtar respublikada qədim dövrlərdən bəri müxtəlif dənli bitkilərin əkininə böyük yer verilib, buğda, arpa əkini ilə yanaşı, çəltik yetişdirilməsi də əkinçilərin diqqət göstərdiyi sahələrdən olub.

AZƏRTAC xəbər verir ki, əlverişli iqlim və münbit torpaqlara malik olan muxtar respublikada vaxtilə əksər ərazilərdə çəltik becərilib.

Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində, ələlxüsus da Şərur rayonunun Çərçiboğan, Dərvişlər, Aralıq, Maxta, Dəmirçi, Babək rayonunun Qoşadizə, Kültəpə, Şəkərabad, Şıxmahmud, Uzunoba, Culfa rayonunun Bənəniyar, Saltaq, Kırna və Əbrəqunus kəndlərində 1800-cü ildən başlayaraq, darı ilə yanaşı, çəltik əkini də geniş ərazilərdə aparılıb. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, 1828-ci ildə Naxçıvan xanlığında çəltik məhsulu 10 min puda bərabər olub. Kəngərli rayonunun Qarabağlar və Yurdçu kəndləri arasında, qədim Şahtaxtı kəndinin Araz çayına yaxın ərazilərində, Babək rayonunun Kültəpə və Məmmədrza Dizə, Qaraqala və Sirab kəndləri arasındakı ərazilərdə çəltik ləklərinin qalıqlarına bu gün də rast gəlinir.

Çəltik əkini XIX əsrdə, XX əsrin ortalarınadək muxtar respublikanın çox böyük ərazilərini əhatə edib. Vaxtilə Zaqafqaziya Mərkəzi Statistika İdarəsinin verdiyi məlumata görə, 1905-ci ildə Çar Rusiyasının İrəvan quberniyasının Naxçıvan qəzasında 140 ton çəltik istehsal olunub. Muxtar respublikanın geniş əkin sahələrinə malik Şərur rayonunda olarkən öyrəndik ki, 1941-1945-ci illər müharibəsi dövründə rayonun əksər kəndlərində böyük ərazilərdə çəltik əkilib. Tumaslı, Vayxır, Püsyan, Vərməziyar, İbadulla, Alışar, Muğanlı, Qarahəsənli kəndlərinin ərazilərində hektarlarla çəltik sahələri olub.

O vaxt çəltikçiliklə məşğul olan insanlardan bir neçəsi ilə görüşüb söhbət etdik.

Babək rayonunun Vayxır kənd sakini, 88 yaşlı Zəhra Şıxəliyeva deyir ki, kəndin “Kirdələr”, “Söyüdbaşı” adlanan ərazilərində böyük çəltik sahələri vardı. Hətta çəltik sahələrinin bir ucu Vərməziyar, İbadulla kəndlərinə qədər gedib çıxırdı. Bu tərəfdən isə Püsyan kəndinin torpaqlarına qədər uzanırdı. Əkinə may ayında başlanılırdı. Suvarma suyu Arpaçaydan gəlirdi. Məhsulun yetişmə dövrünə qədər əkinçilər ayaqyalın suyun içərisinə düşüb çəltiyi alaq otlarından təmizləyirdilər ki, şitillər yaxşı inkişaf etsin. Çəltiyin yetişməsinə 10-15 gün qalmış su kəsilirdi.

Şərur rayonunun Diyadin kəndində yaşayan 86 yaşlı Zal Hüseynov da çəltiyin necə əkilib-biçildiyini yaxşı xatırlayır. Deyir ki, tarlaların suvarılması və alaq otlarından təmizlənməsini nəzərə almasaq, əsas iş biçin dövrü, yəni sentyabr-oktyabr aylarında olurdu. Çünki zəmilər əllə biçildikdən sonra məhsul yerə sərilirdi ki, iki-üç gün tam qurusun. Sonra dərz bağlanır, 5-6 gün sonra isə döyülmə prosesi başlayırdı. Müsahibimiz hansı çəltik növlərindən əkildiyini xatırlamasa da (ölkəmizdə 6-7 növ çəltik sortu rayonlaşdırılıb), hər hektardan 35-40 sentnerə yaxın məhsul yığdıqlarını bildirdi.

Məlumat üçün deyək ki, çəltik bitkisi quruluşuna görə vələmirə və adi darıya oxşayır. Ancaq bioloji və fizioloji xüsusiyyətləri ilə bütün taxıl növlərindən fərqlənir. Kənd təsərrüfatı mütəxəssisi Əsgər Həsənov deyir ki, çəltik nəmliyə çox tələbkar olmasına baxmayaraq, su bitkisi hesab edilmir. Çünki su bitkilərinin kök sistemi zəif şaxələnir, çəltikdə isə köklər qüvvətli şaxələnərək çox sayda kök telləri əmələ gətirir.

Tarixən çəltikçiliyin geniş inkişaf etdirildiyi muxtar respublikada formalaşmış əkinçilik mədəniyyəti Naxçıvanın milli mətbəx mədəniyyətinə də təsirsiz ötüşməyib. Naxçıvanda məşhur “Düyü sıyığı”, “Şiləaşı”, “Südaşı”, “Çəkmə” və yaxud “Çəkməcə” kimi xörəklər o illərdən müasir günümüzə qədər gəlib çatan nemətlərdəndir. Doğrudur, bu gün muxtar respublikada çəltik əkini həyata keçirilməsə də, bu qiymətli bitki Naxçıvanın təsərrüfatçılıq ənənələrində yaşayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bayram günlərində Türkiyə nəqliyyatında rekordlar, qəzalar və nəticələr

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO